adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Dekabr 2016 13:47
10674
ƏDƏBİYYAT
A- A+

«SAZAQ»

Elə ilin son günlərində ünvana bir dost hədiyyəsi gəldi. Yaradıcılığını sevə-sevə izlədiyim dəyərli qələm dostum Səyyad Aran mənə və oxucularına bir növ Yeni il hədiyyəsi bağışladı. Bu hədiyyə hər kəs üçün yaddaqalandı. Çünki o kitabdı. Özü də Səyyad Aranın 2016-cı ilin son günlərində işıq üzü görən «Sazaq» kitabı!

«Sazaq» «Vektor» nəşriyyatında Elçin İsgəndərzadənin redaktorluğu ilə işıq üzü görüb. Kitabda Səyyad Aranın 6 povesti toplanıb. Kitabın tərtibatından və onun nəşr keyfiyyətindən hiss olunur ki, bu «Sazaq» bizi üşütməyəcək. Biz oxucular bu «Sazağ»ın istisində Səyyad Aranın söz dünyası ilə baş-başa qalacağıq. Mən bir oxucu olaraq qələm dostumu «Sazağ»ın dünyaya gəlişi münasibətilə təbrik edir, ona Yeni ildə can sağlığı və daha böyük yaradıcılıq uğurları diləyirəm.

Əbülfət MƏDƏTOĞLU