ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-da “Turan Mübarizi” kitabının təqdimat mərasimi keçirilib

6778    |   2016-12-29 13:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dekabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Türk xalqlarının Ümumdünya Konqresinin prezidenti, yazıçı, professor Yəhya Caniyarın Milli qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edən "Turan Mübarizi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Milli Məclisin deputatı Fərəc Quliyev, İslam ölkələri jurnalistləri Assosiasiyasının sədri, əməkdar jurnalist, tanınmış yazıçı və publisist, filologiya üzrə fəlsəfə doktoru Fazil Abbasov, Azərbaycan Rus İcmasın İctimai Birliyinin səlahiyyətli nümayəndəsi Soixnuşina Nina İvanovna, Gənc Tamaşaçılar teatrının aktisası Xalidə Şərifova, eyni zamanda universitetin müəllim və tələbələri iştirak edib.

Öncə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Mübariz İbrahimovun türk xalqlarının qəhrəmanlığını bütün dünyaya sübut etdiyini bildirib, onun həyatını işıqlandırmağın böyük şücaət olduğunu qeyd edib. Professor Ə.Əliyev professor Yəhya Caniyara belə bir qəhrəmanlıq səlnaməsini ərsəyə gətirdiyi üçün təşəkkürünü bildirib.

M.İbrahimovun xalqımızın igidlik nümunəsi olduğunu söyləyən ADU-nun Pedaqoji (ingilis dili-alman dili) fakültəsinin dekanı, professor Fikrət Cahangirov onun timsalında xalqımızın məğlubedilməz qəhrəmanlığından söz açıb, ölümsüzlük fəlsəfəsinin əsasını qoyduğunu, öz ölümü ilə əbədi qəhrəmanlığa qovuşduğunu deyib. "Turan Mübarizi” kitabının oxucularda vətənpərvərlik hissinin möhkəmlənməsində, M.İbrahimov kimi ölməz qəhrəmanların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Professor Fikrət Cahangirov kitab haqqında məruzə ilə çıxış edib, ətraflı məlumat verib.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Fərəc Quliyev tədbirin ərsəyə gəlməsinə görə universitet rəhbərliyinə təşəkkür edib, "Turan Mübarizi” kitabının dünya xalqlarına Azərbaycan xalqının vətənpərvərliyini, igidliyini sübut edəcəyini söyləyib. Eyni zamanda o, kitabın motivi əsasında filmlərin çəkiləcəyinə ümid etdiyini, habelə dünya ictimaiyyətinə M.İbrahimovun həyatının daha yaxından tanıdılacağını deyib.

Digər çıxış edənlər də kitab haqqında təəssüratlarını bölüşüblər, müəllifi təbrik ediblər.

Xalq artisti Niyaməddin Musayev vətənpərvərlik mövzusunda mahnı ifa edib. Sonra ADU tələbələri M.İbrahimovun qəhrəmanlığını əks etdirən tamaşa da nümayiş ediblər.

Tədbir çərçivəsində professor Y.Caniyarın həyatı haqqında ADU TV tərəfindən hazırlanmış sənədli film nümayiş olunub.

Sonda professor Yəhya Caniyar universitet rəhbərliyinə tədbirin təşkil olunmasına görə dərin minnətdarlığını bildirib. "Turan Mübarizi” kitabının ərsəyə gəlməsində M. İbrahimov kimi vətənpərvərlik ruhunda böyüyən qəhrəmanlarımızın, həmçinin xalqımızın müxtəlif tarixi dövrlərdə üzləşdiyi faciələrin böyük rolu olduğunu söyləyib.




İmza:

ADU möhtəşəm layihəyə başlayır

Orfoqrafiya Komissiyası işçi qrupu yaradıb

Rezidenturaya sənəd qəbulu başladı

Dünya Əngəllilər Vəqfinin vitse-prezidenti: “İnklüziv təhsildə UNEC modelinin..."

Lyon Universitetinin müəllimi: “UNEC-in qış məktəbi pedaqoji təcrübəmin..."

UNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanı

Bakı Ali Neft Məktəbinin iki tələbəsi “İlin tələbəsi” fəxri adına layiq görüldü

Türkiyəli professor: ““UNEC ekspert” jurnalında məqalələrlə çıxış etməklə maraqlıyıq”

UNEC-də innovativ tədrisin növbəti mərhələsi

Bakı məktəblərinə işə qəbul üzrə vakansiya seçimi başladı

ADU dünya ali təhsil məkanına inteqrasiya istiqamətində daha bir mühüm addım atıb

İstanbul Universitetinin professoru: “UNEC-in akademik etikası öyrənilməlidir”

SON XƏBƏRLƏR
2018-02-20
2018-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Eşşək deyir ki, ot qırmızıdı.

Canavar da deyir:

- Ay eşşək, ot yaşıl olur.

Eşşək deyir, yox, qırmızıdı.

Canavar deyir, yaşıldı.

Mübahisə uzanır. Axırda gedirlər şirin yanına ki, mübahisəni kəssin.

Şir hökm çıxarır ki, eşşək azadlığa buraxılsın, canavara altı aylıq həbs verilsin.

Canavar deyir:

- Şahım, ot nə rəngdədi?

- Yaşıl.

- Bəs, onda niyə məni haqsız çıxarıb tutdurursan?

Şir deyir:

- Eşşəklə mübahisə elədiyinə görə.





digər lətifələr
ARXİV
FACEBOOK