adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Yanvar 2017 15:45
12078
İDMAN
A- A+

Çinlilər “Qalatasaray”a sərvət təklif edir

"Qalatasaray”ın alman futbolçusu Lukaş Podolski Çin klublarının maraq dairəsinə düşüb. 

Adalet.az saytının məlumatına görə, bunu İstanbul təmsilçisinin İdarə Heyətinin üzvü Levent Nazifoğulları açılayıb.

O, bildirib ki, "Quancjou Everqrand” Poldi üçün kifayət qədər ciddi məbləğ təklif edib. Klub rəsmisi rəqəm açıqlamasa da, qardaş ölkə mətbuatında yer alan xəbərlərə görə, çinlilər alman futbolçu üçün "Qalatasaray”a 20, hücumçunun özünə isə illik 9 milyon avro ödəməyə hazırdılar.

Qeyd edək ki, Podolskinin paytaxt klubu ilə müqaviləsinin müddəti 2018-ci ildə başa çatacaq.