adalet.az header logo
  • Bakı 18°C
29 Dekabr 2016 11:25
10811
ƏDƏBİYYAT
A- A+

110 illik Şəhriyar işığı

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” klubunda "Hüseyn Cavid Ədəbi Məclisi”nin və AYB-nin Cənubi Azərbaycan şöbəsinin birgə təşkilatçılığı ilə M.H.Şəhriyarın 110 illik yubileyinin yekun tədbiri keçirilib.

Adalet.az xəbər verir ki, tədbiri giriş sözü ilə məclisin sədri, şair Kəmaləddin Qədim açıb. O, əvvəlcə bu günlərdə dünyasını dəyişən tanınmış şair İlyas Tapdığı, xalq artisti Ağaxan Abdullayevi, xalq artisti Muxtar Maniyevi, Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovu yad edib.

K.Qədim Şəhriyarın 110 illik yubileyi ilə bağlı ölkədə keçirilən uğurlu tədbirlər barədə qısa məlumat verib.

AYB-nin Cənubi Azərbaycan şöbəsinin müdiri, yazıçı-şair Sayman Aruz da Şəhriyarın zəngin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıb.

Daha sonra digər tədbir iştirakçıları da şair haqqında fikirlər səsləndirib, onun yaradıcılığından danışıb. İştirakçılar tədbirin sonunda xatirə şəkilləri çəkdirib.