adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Dekabr 2016 18:04
15874
KRİMİNAL
A- A+

Gürcüstanda azərbaycanlı qadın ərini öldürdüyünü etiraf edib

Gürcüstanın Marneuli rayonunun Təzəkənd sakini 23 yaşlı Türkan Tahir qızı Kərimova polisə ilkin ifadəsində 33 yaşlı əri Ruslan Telman oğlu Kərimovunu qətlə yetirdiyini etiraf edib.

Adalet.az-ın APA-ya istinadən məluamtına istinadən xəbər verir ki, qadın bu addımı özünü və 3 azyaşlı övladını qorumaq üçün atdığını bildirib. İfadədə bildirilib ki, əri onu və uşaqlarını öldürməklə hədələyirmiş. Hazırda təqsirləndirilən şəxs barəsində imkan tədbirinin seçilməsi ilə əlaqədar Rustavi şəhər Məhkəməsinə aparılıb. O, tibbi müayinədən keçiriləcək, barəsində qərar veriləcək. Ehtimal edilir ki, himayəsində azyaşlıların olması nəzərə alınacaq və onun barəsində həbs qətimkan tədbiri seçilməyəcək.
Qeyd edək ki, hadisə 25-dən 26-na keçən gecə olub. Türkan Kərimova ərini baltalayaraq, öldürüb. Ər-arvad əmiuşağı olublar və onların 6 yaşlı, 2 yaşlı və 1,5 aylıq uşaqları var. 
Ruslan Kərimov bu gün Təzəkənd qəbiristanlığında torpağa tapşırılıb.