adalet.az header logo
  • Bakı 12°C
28 Dekabr 2016 16:24
13336
MARAQLI
A- A+

Putinin maşını satışa çıxarıldı

Rusiya prezidenti Vladimir Putinin istifadə etdiyi avtomobil 1,3 milyon avrovaya satışa çıxarılıb.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın onlayn maşın satışı portallarından birində Rusiya prezidentinin istifadə etdiyi "Mercedes-Benz” Guard Pullman S600 (W140) markalı avtomobilin satışı haqda elan yerləşdirilib.

Maşının hazırda Rusiyada olduğu qeyd edilib. Güllə keçirməz limuzin 1995-ci ildə istehsal edilib.

Sahibi iddia edir ki, vaxtilə Putin bu avtomobildən istifadə edib.