adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Dekabr 2016 14:46
9912
İQTİSADİYYAT
A- A+

Belarus və Azərbaycan 2016-cı ildə ikitərəfli münasibətləri fəallaşdırıb

Belarus və Azərbaycan üçün 2016-cı ilin əsas nəticəsi ikitərəfli münasibətlərin fəallaşması olub.

Adalet.az-ın məlumatına görə, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda hər iki ölkə bu münasibətlərin daha uzunmüddətli olması üzərində çalışır.

Səfir dünya iqtisadiyyatında qeydə alınan böhranın ticarət əlaqələrinə mənfi təsirini və bunun nəticəsində ikitərəfli ticarət dövriyyəsinin azalmasını qeyd edib. Ticarət dövriyyəsi 10 ay ərzində 104 milyon dollar təşkil edib.

Səfir deyib: "Bu, ötən illə müqayisədə 50 faizədək azalmadır. Biz 2017-ci ilin yekunlarına əsasən bu səddi azaltmağa çalışacağıq”.