ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

BANM-də Fərman Salmanovun 85 illik yubileyi keçirilib

4979    |   2016-12-28 11:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbində (BANM) görkəmli azərbaycanlı neftçi-geoloq, Sosialist Əməyi Qəhrəmanı, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, ictimai xadim Fərman Qurban oğlu Salmanovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, tədbirdə SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abasov, SOCAR-ın "Neftqazelmitədqiqatlayihə” İnstitutunun Neft-qaz yataqlarının işlənməsi üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanov, SOCAR-ın baş ofisinin elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev, SOCAR-ın Böyük Britaniya nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq Ali Məktəbdə tələbələrə elm və tədrislə yanaşı, neft-qaz, kimya sənayesi üzrə görkəmli alimlərin tanıdılmasının vacibliyini vurğuladı. Rektor bildirdi ki, bu konfransın keçirilməsində əsas məqsəd tələbələri görkəmli neftçı alimin həyat və yaradıcılığı ilə yaxından tanış etmək və Fərman Salmanovun xatirəsini yad etməkdir.

SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abasov konfransın əhəmiyyətindən söz açdılar. SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov bildirdi ki, bütün həyatını neft-qaz yataqlarının işlənməsinə həsr etmiş F.Salmanovun adı dünya neft tarixində Qərbi Sibirin zəngin neft sərvətlərini ilk kəşf edən alimlərdən biri kimi daxil olub.

SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abasov qeyd etdi ki, Fərman Salmanovun rəhbərliyi altında Qərbi Sibirində karbohidrogen ehtiyyatları ilə zəngin yüzdən artıq iri həcmli yataq kəşf edilib və istismara verilib. "Məhz həmin yataqların işlənməsi və istismarı hesabına keçmiş SSRİ dünyanın ən çox neft-qaz ixrac edən ölkələri sırasına çıxmışdır”- deyə, Ə.Abasov qeyd etdi.

BANM-in Ömürboyu təhsil fakültəsinin dekanı professor Rəna Mustafayeva "Fərman Salmanovun həyat və fəaliyyəti hər bir azərbaycanlı gənc üçün nümunədir” adlı məruzə ilə çıxış etdi.

BANM-in "Neft-qaz mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələri Elvin Həsənli və Rəşad Nəzərəliyev "Fərman Salmanov şəxsiyyəti gənclərin gözü ilə” mövzusunda fikirlərini bildirdilər. SOCAR-ın "Neftqazelmitədqiqatlayihə” İnstitutunun Neft-qaz yataqlarının işlənməsi üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanov belə bir tədbiri təşkil etdiklərinə və əmisi Fərman Salmanovun xatirəsinin Ali Məktəbdə yüksək tutularaq gənc nəslə tanıdıldığına və unudulmadiğına görə öz minnətdarlığını bildirdi.
Tədbirin sonunda Fərman Salmanovun həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi oldu.




İmza:
SON XƏBƏRLƏR
2017-02-22
2017-02-21


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda məşhur bir Çayçı Zeynal vardı. Adi bir çayçı olmasına baxmayaraq, rayonda böyük hörmət- izzət sahibi idi. Bir gün anası deyir ki, ay oğul, bir yır-yığış edin, vallah, mən ölürəm.

Çayçı Zeynal:

- Saa qurban olum, qışın bu şaxtasında ölüb-eləmə. Vallah, bu qarda-qiyamətdə yasa gələnlər söyə-söyə gəlir.

Bir az keçir. Anası deyir ki, a bala, vallah, ölürəm.

- Saa qurban olum, ay ana, Novruz vaxtıdı, camaat bayram edir, deyir-gülür, qonaq gedir. Camaatın bayramını korlama da.

Bir az keçir, arvad yenə deyir, ay bala, ölürəm axı!

- Rəhmətliyin qızı, yayın bu cırhacırında, hərə bir tərəfdə, istirahətdə, kefində- damağında, heç mağar qurmağa adam da tapılmır. Özü də sənin yasını kim aparacaq? Molla Rəşid əmi də odey Yesentukidədi.

Üstündən bir az da vaxt keçir, arvad deyir, a köpəyoğlu ölürəm axı?!

- Ay arvad, bu dəqiqə toyların qızğın vaxtıdı, qonum-qonşu, qohum-əqrəba bu dəqiqə hər yerdə toydu. İndi kimin toyuna vay salaq, kimin toyunu saxlayaq bu payız vaxtı? Adamın goruna söyərlər.

Anası bir az baxır-baxır və deyir:

- Vallah, bu gədə məni avara qoyub.





digər lətifələr
ARXİV
FACEBOOK