adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Dekabr 2016 21:00
11536
MƏDƏNİYYƏT
A- A+

Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa Kerri Fişer 60 yaşında vəfat edib.

Bir müddət əvvəl İngiltərənin paytaxtı Londondan ABŞ-ın qərbindəki Los-Ancelesə uçan təyyarədə enişə 15 dəqiqə qalmış 60 yaşlı aktrisanın səhhətində ciddi problem yaranıb.

Onunla eyni təyyarədə olan kino ulduzu Anna Akana "Twitter" hesabında məşhur aktrisanın uçuş əsnasında birdən nəfəsinin kəsildiyini yazıb.

Kerri Fişer xəstəxanaya çatdırılıb. Onun infarkt keçirdiyi məlum olub.

Bu gün isə o, gözlərini əbədi yumub.

Qeyd edək ki, Kerri "Ulduz döyüşləri” (Star Wars) filmində şahzadə Leya rolunun ifaçısı kimi populyarlıq qazanmışdı.