adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Dekabr 2016 21:00
21472
ŞOU-BİZNES
A- A+

Mərhum müğənninin 185 milyonluq mirası kimə qalacaq?

Pop ifaçısıCorc Mayklın varisləri haqqında məlumatlar yayıblar.

Adalet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mərhum müğənninin var-dövləti 105 milyon dollar (təxminən 185 milyon manat) həcmində dəyərləndirilir.

Bəzi qərb mediası 53 yaşında dünyasını dəyişən ifaçının övladı olmadığından mirasın bir hissəsininxaç atası olduğu uşaqlara çatacağını yazıb.

Belə ki, Maykl aktyor Martin Kemp və qohumu Androsun uşaqlarının xaç atası olub.

Həmçinin eks "Spice girls" qrupunun solisti Ceri Holliuelin qızının da mirasdan pay düşəcəyi qeyd olunub. Hərçənd ki, Cerinin qızının xaç atası Maykl yox, sənətçisinin sevgilisi Kenni Qoss olub.

Bundan başqa Corc Mayklın iki bacısı və sonuncu sevgilisi Fadi Favaza da mirasdan pay düşəcəyi ehtimal olunur.