ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-da Tərcümə kafedrasının 50 illik yubileyi qeyd olunub

5557    |   2016-12-27 17:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dekabrın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə kafedrasının (indiki İngilis dilinin tərcüməsi kafedrası) yaranmasının 50 illik yubileyi qeyd olunub.

Öncə kafedranın fəaliyyətini, professor-müəllim heyətinin uğurlarını, peşəkar tərcüməçilərinin tərcümə etdikləri əsərlərin adlarını özündə əks etdirən video-çarx nümayiş olunub.

ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev kafedranın missiyasının ağır olduğunu bildirərək tərcümə işinin enerji, zaman tələb etdiyini söyləyib. O, kafedranın tərcümə ilə bağlı lazımi işlərin görülməsində heç vaxt tərəddüd etmədiyini, daim öz fəaliyyəti ilə nümunə olduğunu dilə gətirib. Kafedranın yetişdirdiyi əməkdaşların yüksək tədris metodları sayəsində qabiliyyətli, savadlı mütəxəssislərin formalaşmasında danılmaz əməyinin olduğunu qeyd edən Ə.Abdullayev bir çox tanınmış əsərlərin məhz onların iştirakı ilə tərcümə olunduğunu vurğulayıb. Tərcüməçiliyin incə sənət olduğunu bildirən Ə.Abdullayev kafedranın öz missiyasını bundan sonra da uzun illər davam etdirməsi ümidi ilə səbəbkarları təbrik edib.

Professor Qılıncxan Bayramov kafedranın yaranma tarixindən danışaraq 1966-cı ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideologiya üzrə katibi Şıxəli Qurbanovun "Tərcümə işinin vəziyyətinin yaxşılaşdırılması” haqqında məruzəsi və Komitənin qərarına əsasən respublikada ilk Tərcümə kafedrasının açıldığını bildirib. Kafedranın ilk müdiri dosent İsmixan Rəhimov və onun əvəzolunmaz fəaliyyəti haqqında danışan Q.Bayramov digər illərdə buraya rəhbərlik edən şəxslərin adlarını da qeyd edib. Q.Bayramov tərcüməçilik peşəsinin inkişafında və bu sahə üzrə mütəxəssislərin yetişdirilməsində kafedranın gördüyü işlərdən danışaraq tələbələrə tövsiyələrini verib.

Daha sonra Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, İngilis dilinin tərcüməsi kafedrasının dosenti, şair-tərcüməçi Sabir Mustafa, Xəzər Universitetinin təsisçisi və rektoru, Hamlet İsaxanlı, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova kafedranın tərcümə sahəsindəki xidmətlərindən, bu sahənin ölkədə inkişafından və tərcümə prosesindəki tərcübələrindən söz açaraq təbriklərini çatdırıblar.

Tədbir təkliflərin səsləndirilməsi ilə yekunlaşıb.




İmza:
SON XƏBƏRLƏR
2017-03-27
2017-03-26


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK