adalet.az header logo
  • Bakı 13°C
27 Dekabr 2016 17:16
14069
MARAQLI
A- A+

Köpəyin sədaqəti milyonları kövrəltdi - FOTO

Ukraynanın Zakarpatye vilayətində yaşanmış olay sosial şəbəkələrdə fenomenə çevrilib.

Ukraynalı Denis Malofeyev bu barədə Facebook-dakı profilində fotoları və videoları bölüşüb.

 Seqlovka kəndinin yaxınlığından keçən dəmiryolunda iki köpək iki sutka relslərin arasında qalıb. Lüsi adlı dişi itin pəncələri əzildiyindən o, hərəkət edə bilmirdi. Panda adlı erkək it isə Lüsinin yanından əl çəkmirdi.

Köpəyin sədaqəti milyonları kövrəltdi - VİDEO - FOTO

"Lüsini relslərin arasından çıxarmağa çalışsaq da, Panda bizi yaxına buraxmırdı. Bir azdan qatar yaxınlaşmağa başladı. Lokomotivin siqnalını eşidəndə Panda Lüsiyə sığındı, onun yanına uzandı. İtlərin ikisi də başlarını aşağı əydilər və qatar onların üzərindən keçdi. Panda artıq iki sutka idi ki, Lüsini beləcə qoruyurdu. Düşünün, tam iki sutka ərzində Panda Lüsiyə sığınıb onu isidir, donmağa qoymur, üstəlik də qoruyurdu. Halbuki hər qatar keçəndə o, ölə bilərdi. Bunu necə adlandırım, bilmirəm. İnstinkt, sevgi, dostluq, sədaqət... Bircə onu bilirəm ki, hər insan bunu edə bilməz. Panda ilə Lüsi bizə dərs verdilər", - D.Malofeyev yazıb.

Köpəyin sədaqəti milyonları kövrəltdi - VİDEO - FOTO

Panda və Lüsinin relslər arasında olduğu anların əks edildiyi videolara indiyədək Facebook-da 20 milyon dəfədən çox baxılıb, on minlərlə insan bu görüntüləri paylaşıb.

Köpəklərin ikisi də sığınacağa aparılıb, onlara yardım edilib. Bir qədər keçəndən sonra isə Panda ilə Lüsinin sahibi də tapılıb.