ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

UNEC-də görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi qeyd edilib - FOTO

11224    |   2016-12-27 16:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilən elmi-praktik konfrans keçirilib.

Universitetdən Adalet.az-a verilən məlumata görə, konfransa tanınmış iqtisadçı-alimin həmkarları, dostları, yaxınları, elm xadimləri, ziyalılar qatılıb.

UNEC-in rektoru, professor Ədalət Muradov görkəmli alimin yubileyinin Azərbaycan Prezidenti İlham Əliyevin "Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq təşkil edildiyini bildirib. Aqil Əliyevin ölkənin sosial-iqtisadi inkişafı sahəsində, xüsusən əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı apardığı tədqiqatların ölkənin gələcək inkişafında əhəmiyyətli olacağını qeyd edib. Rektor görkəmli alimin müstəqil Azərbaycanın dinamik inkişafında mühüm rol oynayan, bu günün stabilliyini təmin edən bir ailənin təmsilçisi olduğunu xüsusi vurğulayıb.

Aqil Əliyevin məhsuldar elmi tədqiqatlarla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olduğunu konfrans iştirakçılarının diqqətinə çatdıran rektor, bu gün ölkədə və Azərbaycanın hüdudlarından kənarda görkəmli alimin ideyalarını reallaşdıran çox saylı tələbələri olduğunu deyib: "Biz iqtisadçılar üçün Aqil Əliyevin töfhələrini öyrənmək şərəfdir”.

UNEC-in Gömrük işi və ticarət kafedrasının müdiri, professor Arif Şəkərləliyev Azərbaycan iqtisad elminin görkəmli siması Aqil Əliyevin zəngin elmi yaradıcılığından, əsərlərinin əhəmiyyətindən, yüksək insani keyfiyyətlərindən söz açıb. Aqil Əliyev iqtisad elminə qiymətli töhfələr verən alim idi. Onun elmi fəaliyyətində Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemlərinin araşdırılması mühüm yer tutur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin komitə sədri, akademik İsa Həbibbəyli bildirib ki, ölkəmizdə ictimai və humanitar elmlərin əsas istiqamətini təşkil edən cəmiyyətin inkişafi məsələləri elmdə müxtəlif aspektlərdə araşdirilir. Aqil Əliyevin cəmiyyətin inkişafinda sosial sahənin roluna və əhəmiyyətinə həsr edilən qiymətli elmi əsərləri ilə iqtisad elmindəki boşluqlar aradan qaldirilib.

Akademik, Milli Məclisin komitə sədri Ziyad Səmədzadə görkəmli iqtisadçının məhsuldar elmi tədqiqatları ilə yanaşı, pedaqoji fəaliyyətinə də diqqət çəkib. Z.Səmədzadə bildirib ki, görkəmli alim insanın sosial həyatını onun cəmiyyətdəki yeri və rolu ilə əlaqəli araşdırıb, ümumiləşdirmələr aparıb və elmi nəticələr çıxarıb, beləliklə elmdə Azərbaycan cəmiyyətinin sosial siması müəyyənləşdirilib. Bu mənada Aqil Əliyevin ölkəmizdə sosial sahənin iqtisadiyyatına həsr olunan əsərləri cəmiyyətin aktual məsələlərinin tədqiqinə və əsaslandırılmasına xidmət edir.

Akademik Əhliman Əmiraslanov görkəmli alimin fəaliyyəti boyunca səhiyyənin iqtisadi problemlərinə diqqət çəkdiyini vurğulayıb. Qeyd edib ki, Aqil Əliyevin tədqiqatlarında səhiyyə ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə məsələləri xüsusi yer tutub. O, səhiyyə xidmətlərinin planlaşdırılması, ayrılan xərclərin dinamik artımının təmini, demoqrafik inkişaf göstəricilərinin yaxşılaşdırılması istiqamətində araşdırmalar aparıb, sosial sahələrin, o cümlədən səhiyyənin qalıq prinsipi əsasında maliyyələşdirilməsindən imtina edilməsini konkret faktlarla əsaslandırıb. Alim Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi sxeminin tərtibçilərindən biri olub.

Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov Aqil Əliyevin Azərbaycanda elmi-texniki inkişafın kompleks proqramının işlənib hazırlanmasında yaxından iştirak etdiyini bildirib. Eyni zamanda, əhalinin sağlamlığının qorunması ilə bağlı iqtisadi problemlərin təhlili üzərində ardıcıl çalışdığını, respublikada məhsuldar qüvvələrin inkişaf sxeminin hazırlanmasının müəlliflərindən olduğunu diqqətə çatdırıb. Alimin iqtisadi islahatların sosial tərəqqidə rolu, bazar münasibətləri şəraitində əhalinin sosial problemlərinin öyrənilməsi sahəsindəki araşdırmaları elmi ictimaiyyət tərəfindən maraqla qarşılandığını vurğulayıb.

Konfransın sonunda Aqil Əliyevin ailə üzvləri adından qızı Zərifə Əliyeva çıxış edərək, belə nüfuzlu konfransın təşkilinə görə UNEC kollektivinə minnətdarlığını bildirib. Z.Əliyeva Prezident İlham Əliyevin və onun xanımının Azərbaycanın inkişaf etdirilməsi, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı gördükləri işləri müsbət qiymətləndirərək, ölkədə elm adamlarına verilən yüksək qiymətdən danışıb.




İmza:
SON XƏBƏRLƏR
2017-03-27
2017-03-26


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK