ANA SƏHİFƏ / ƏDƏBİYYAT

“Müasir Azərbaycan hekayəsi antologiyası” Misirdə nəşr olundu

9782    |   2016-12-28 21:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tərcümə Mərkəzinin ən iri beynəlxalq layihələrindən olan "Müasir Azərbaycan hekayəsi antologiyası” Misirdə işıq üzü görüb. 

Adalet.az-ın məlumatına görə kitab Misir Milli Tərcümə Mərkəzi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gətirilib.

Azərbaycan ədəbiyyatını ərəb dünyasına ilk dəfə təqdim edən bu irihəcmli (400 səh.) topluda XX əsrdə yazıb-yaratmış yazıçıların hekayələri yer alır.

Əsərləri ərəb dilinə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi doktor Əhməd Sami Elaydi tərcümə edib.

Antologiyanın təqdimatının yaxın vaxtlarda Misirin paytaxtı Qahirədə keçirilməsi nəzərdə tutulur.




İmza:
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017
11.10.2017


VİDEO