adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Dekabr 2016 12:20
15658
KRİMİNAL
A- A+

5 nəfəri güllələdi, sonra özünü öldürdü

Rusiyanın paytaxtı Moskvanın qərbində ov tüfəngi ilə 5 nəfəri yaralayan kişi daha sonra intihar edib.

Adalet.az xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Moskva üzrə şöbəsi məlumat yayıb.

Məlumata görə, həmin şəxs 5 nəfəri yaralayandan sonra qonşuluqda yaşayan qadının mənzilində gizlənib və ev sahibini girov götürüb.

Silahlı şəxs daha sonra intihar edib və qadın girovluqdan sağ-salamat azad olunub.

Rusiya İstintaq Komitəsinin Moskva üzrə bölməsinin nümayəndəsi Yuliya İvanova bildirib ki, hazırda araşdırma aparılır: "Onun Moskvanın Krılatsk rayonunda polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs olduğu güman olunur”.

Faktla bağlı cinayət işi başlanıb.