adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Dekabr 2016 19:23
11856
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan katolikləri Milad Bayramını qeyd edir - FOTO

Milladdan öncəki gecə Bakıda katolik xristianlarının Milad Bayramı qeyd olunub.

Adalet.az xəbər verir ki, dünya katolikləri hər il dekabrda İsa peyğəmbərin doğulmasını xüsusi təntənə ilə bayram kimi qeyd edirlər. Bakıda yaşayan katoliklər də ənənəvi olaraq həmin günü Müqəddəs Məryəm Kilsəsində qeyd edib.

Bayram mərasimi dekabrın 24-dən 25-nə keçən gecə baş tutub. Kilsədə Milad münasibətilə messa ibadəti icra olunub.

Kilsəyə toplaşan izdiham Yaradana və İsa Məsihə dualar edib, kilsə xoruna qoşularaq mahnılar- ilahilər oxuyub.

Baş keşişVladimir Feketemərasimdən sonra ziyarətçilərə xeyir-dua verib və Milad Bayramı münasibəti ilə hər kəsi təbrik edib.

Ziyarətçilər bayram gecəsi İsa Məsihə dualar edib, onun statueti qarşısında şamlar yandırıblar.