Oyuncaq - HEKAYƏ

RÜFƏT SOLTAN
38371 | 2016-12-26 16:23

Yaşlı qadın avtobusda oyuncaqlarsatan gənc oğlana baxıb şikayətlənirdi: Satdıqların bizə çörək vermir oğul. Eləvəziyyətdə yaşayırıq ki, heç uşaqlar da oyuncaq istəmir.

Bu qadının deyinmələrinə önəmvermədən cibimdən bir manat çıxarıboyuncaqaldım. Evimizdə uşaq vardı və onu sevindirmək istəyirdim. Bununla da həmin qadının diqqət tələsinədüşdüm. Düşündüm ki, yəqin indi də məni qınamağa başlayacaq. Lakin hər şeyfərqli oldu: "Nəvəm evdə xəstədi, ona bu aynonları almışam(əlindədərmanlar və bir neçə uşaq bezinin olduğu salafanı tutmuşdu), təcilievəçatmalıyam. Nəvəm üçün çox narahatam. İmkanımız da yoxdur ki, uşağı həkiməaparaq, xəstəxanalar adamı qapılarından qovurlar.

Yaşlı qadın ağlamaq istəyirdi. Dərhaldiqqətimi onun gözlərindən çəkib pəncərədən bayıra baxdım ki, kövrəlməsin.Dəfələrlə başıma belə hadisələr gəlib. Bilirəm ki, həmin an diqqətsiz yanaşandagözlərdəki yaşlar qurumadan geri qayıdır.

Qadına yardım etmək istəsəm dəcibimdə pulum yox idi. Onun parıldayan gözlərini görəndən sonra isə mən dəiçimdə hər şeydən şikayət etməyə başladım. Bir az əvvəl alıb çantama qoyduğumoyuncağıisə çıxarıb pəncərədən bayıra tulladım.

RüfətSoltan


TƏQVİM / ARXİV