adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Dekabr 2016 21:54
13740
MƏDƏNİYYƏT
A- A+

Multikulturalizmə həsr olunmuş konsert keçirilib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 2016-cı il "Multikulturalizm ili”nə həsr olunmuş konsert keçirilib.

Adalet.az xəbər verir ki, tədbirdəBakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev, Alban-Udi Xrsitian İcmasının sədri Robert Mobil və digər qonaqlar iştirak ediblər.

Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin "Aysel” rəqs kollektivinin ifasında "Sarı gəlin”, "Dənizçi”, "Qarabağ”, "Qaraçı”, "Arzular” və dünya xalqlarının rəqsləri nümayiş olunub.