adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Dekabr 2016 12:55
25487
ƏDƏBİYYAT
A- A+

“Yeni ili harada qarşılayacaqsınız?” - SORĞU

Yeni il Bayramı dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olan bayramlardan biridir.

Yeni ilin gəlişinə sayılı günlər qalır. Bu bayramı hər kəs özünəməxsus tərzdə qarşılayır. Kimisi evində ailəsi ilə birgə, kimisi xarici ölkələrdə, kimisi isə restoranlarda qeyd edir.

Adalet.az bununla bağlı redaktorlarla, yazarlarla sorğu keçirdib  - "Yeni ili harada qarşılayacaqsınız?”

Cavabları təqdim edirik:


Yazıçı Nəriman Əbdülrəhmanlı yeni ili yazı masasında qarşılayacağını qeyd etdi: "Yeni ili evimdə, ailəmdə, yazı masamın arxasında keçirəcəyəm. Harasa getmək planım yoxdu. Tətil günlərindən istifadə eləyib yazı-pozumla məşğul olmaq niyyətindəyəm.”








Kulis.az-ın baş redaktoru Qan Turalı: "Vallah bilmirəm.”













Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli yeni ili evdə keçirəcəyini dedi: "Ümumiyyətlə biz yeni ili həmişə evdə keçiririk.”









Yazıçı Şərif Ağayar: "Evimdə.”











Şair Cəlil Cavanşir yeni ili xüsusi olaraq qeyd etmədiyini qeyd etdi: "Yeni ili böyük ehtimalla Bakıda olacam. Amma xüsusi olaraq bayram qeyd etmirəm. Ona görə də ciddi plan qurmamışam.”











Manera.az portalının baş redaktoru Şəhla Aslan yeni ili əyləncə mərkəzində keçirəcəkələrini vurğuladı: "Bu yeni ildə valideynlərimiz Bakıda olmayacaqları üçün, biz də qərar vermişik qardaşımla bayramı evdə deyil, əyləncə mərkəzlərindən birində qeyd edək. 2017-ci ildən müsbət gözləntilərimiz çoxdu, ümid edirik millətimiz üçün uğurlu il olacaq.”









Yazar Mirmehdi Ağaoğlu: "Evdə.”














Yazıçı Kənan Hacı da yeni ili evində qarşılayacağını bildirdi: "Yeni ili böyük əksəriyyət kimi evdə keçirəcəyəm. Hər ilin sonunda fikirləşirəm ki, gələn il yaxşı olacaq. Özümüz özümüzə təsəlli veririk. Yeni il mənim üçün çox kədərli ovqatda keçir. Ona görə sevmirəm bu şənliyi-filanı.”










Şairə Rəbiqə Nazimqızı isə qərarsız qaldığını dedi: "Hələ qərar verməmişəm, maddi məsələlərə bağlıdır, amma ya Azərbaycan kəndlərindən birində, ya da Tiflisdə keçirmək istərdim.”













Yazar Günel Natiq isə yeni ili xəyallarının şəhəri Parisdə keçirmək istədiyini qeyd etdi: "Bayram möcüzəsinə inanmaq üçün isə münasib mühit olmalıdır. Amma bu arzum hələ ki, uzaq görünür. Odur ki, bayramı doğma ocağın başında, sevdiklərimlə qeyd etməkdən də məmnunluq duyaram. Əsas odur, pozitivə köklənək və hər şeyin yaxşı olacağına inanaq.”