adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Dekabr 2016 11:09
11825
ƏDƏBİYYAT
A- A+

Türk nazir soydaşımızı qalib elan etdi

IV Beynəlxalq Mahmud Kaşqari hekayə yarışmasının qalibləri bəlli olub.

Adalet.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm naziri Nabi Avcı münsiflərin seçimi nəticəsində güneyli soydaşımız Qafur İmamzadə Hiyavinin "Qırmızı” hekayəsi ilə birinci olduğunu açıqlayıb.

Yarışmada Məhməd Akif Duman ikinci, qazaxıstanlı yazıçı Berik Şahanov isə "Ögey ömür” hekayəsi ilə üçüncü olub.

Xüsusi mükafata isə başqa bir azərbaycanlı yazıçı – Təranə Vahid layiq görülüb.