adalet.az header logo
  • Bakı 20°C
25 Dekabr 2016 21:24
14968
ŞOU-BİZNES
A- A+

Ebru Gündeşdən əri ilə bağlı inanılmaz qərar

Müğənni Ebru Gündeş 9 aydır ABŞ-da həbsdə olan əri Rza Zərrabın yanına uçur.

Adalet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə,ərinin yanına getmədiyi üçün qınanılan Ebru gələn ilin yanvar ayında ABŞ-a uçmağı planlaşdırır.

Müğənnin ərini ziyarət etməkvə aralarındakı münasibətlərin gələcəyi barədə danışmaq üçün ABŞ-a gedəcəyi bildirilir.

Qeyd edək ki, iki gün öncə cütlüyünbarışmaqları ilə bağlı xəbərlər yayılıb. Məlumata əsasən, boşanmağa hazırlaşan cütlük bu qərarını dəyişib. 3 ay boyunca heç görüşməyən Ebru və Rza qısa müddət əvvəl telefon vasitəsi ilə əlaqə saxlayıb və aralarındakı problemi həll ediblər.

Rzanın ona hədiyyə verdiyi Kanlıcadakı villadan köçməyə hazırlaşan Ebru bu fikrindən də daşınıb.