adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Dekabr 2016 17:58
10438
ELM VƏ TƏHSİL
A- A+

Müəllimləri direktorlar özü seçəcək - Pilot layihə başlayır

"Hazırda müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulunun ən uğurlu yol olduğuna inanmıram. Çünki, müasir məktəbin müəllimini həmin məktəbin müasir direktoru seçməlidir”.

Bu sözləri, 2016-cı təqvim ilinin yekununda təhsil naziri Mikayıl Cabbarov "Media ilə üz-üzə” verilişinə müsahibəsində deyib.

Nazir bildirib ki, məktəb direktorlarının muxtariyyəti daha çox olmalıdır:"Akademik göstərici, fəallığın şəffaflığı, idaretmənin keyfiyyəti yüksək olan məktəblərə həmin hüququ ötürmək niyyətindəyik. Bu pilot layihə çərçivəsində, biz 50 məktəbə o hüququ verəcəyik. Əgər müəllim imtahan verib biliyini təsdiqlədibsə , o, müasir məzmunlu pedaqoqikanı, psixologiyanı bilirsə artıq məktəb direktorunun hüququdur ki, onu seçsin. Qısa müddət ərazində bir sıra məktəblərə bu hüquq veriləcək”.