adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Dekabr 2016 21:34
15671
ŞOU-BİZNES
A- A+

Devid Bekhem gündəlik 87 min dollar qazanır

Keçmiş futbolçu Devid Bekhem gündəlik qazancı ilə mətbuatın diqqət çəkib.

Adalet.az-ın xarici mətbuata istinadən məlumatına görə, 2013-cü ildə futbolla vidalaşan oyunçu bir çox brendə geyim dizaynları verir. Reklamlarda da model kimi çəkilən oyunçunun gündəlik qazancının 71 min funt sterlinq (təxminən 87 min dollar) olduğu açıqlanıb.

41 yaşlı məşhurun yeni şirkəti olan "Seven Global LLP" 7 ay ərzində 8.6 milyon sterlinq (təxminən 10 milyon 600 min dollar) gəlir əldə edib.

Viktoriya Bekhemla evli olan, 4 uşaq atası keçmiş futbolçunun uğurları barədə isə "Rəqəmlər inanılmaz görünə bilər, lakin gerçəklər sürpriz deyil" fikri söylənilir.