“Hər bir insan aktyordu”

ETİBAR CƏBRAYILOĞLU
60135 | 2016-12-23 19:10

Gənc rejissor Nicat Qəribin fikrincə, Allah bəndəsinəiki əsas obraz verib mənfi və müsbət... Bu formada sınamaqla imtahan edir

"Multikulturalizm ili” elan olunan 2016-cı il başaçatır. Bu mövzu ilə əlaqədar ilboyu müxtəlif tədbirlər keçirildi, kitablar çapedildi. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı da"Multikulturalizm ili”nə öz töhfəsini verdi, kollektivin hazırladığı "O da aşiqola...” tamaşası bu günlərdə teatrsevərlərə təqdim olundu.

Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsindəoynanılan premyeranın əsas özəlliyindən biri də onda idi ki, üç pyes əsasındareallaşan layihə məhz multikultural kontekstdə hazırlanmışdı. Quruluşçurejissor Nicat Qərib "O da aşiq ola...”tamaşasında böyük rus dramaturqu A.P.Çexovun "Ayı”, yəhudi əsillin yazıçı B.İoseleviçin "Yelləncəkdə iki nəfər” və görkəmli Azərbaycan dramaturqu Elçinin"O da aşiq olub yaza dünyada...” pyeslərini bir araya gətirib. Tamaşaçılarınmaraqla qarşıladığı layihənin bədii rəhbəri İrəvan Dövlət Azərbaycan DramTeatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevdi.


Uğurla keçən premyeradan sonra "O da aşiq ola...”tamaşasının quruluşçu rejissoru Nicat Qərib ilə söhbətləşdik. Nicat bəy AzərbaycanDövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur, tanınmış rejissor vəpedaqoq Vaqif İbrahimoğlunun tələbəsi olub. Ali təhsilini başa vurduqdan sonra quruluşçurejissor kimi İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışır, ilk böyük işi dəelə bu teatrın səhnəsində olub, Demet Çizmelinin Atatürkün həyatını anladan "Cümhuriyyətinilk sədası” pyesinə quruluşverib. Həmin uğurlu tamaşanı teatr Türkiyənin müxtəlif şəhərlərində nümayişetdirib.

Gənc və istedadlı rejissorun düşüncələri sizin üçündə maraqlı olacaq. Yeri gəlmişkən, Nicat həm də şeir yazır və iki şeir kitabınınmüəllifidi.

- Üçdramaturqun pyesi əsasında multikultural kontekstdə "O da aşiq ola...” adlıtamaşa hazırlamaq ideyası necə yarandı?

- Məlum olduğu kimi, ölkə başçısı möhtərəmprezidentimiz İlham Əliyev 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili” elanedib. Hər yerdə, o cümlədən, xaricdə bununla bağlı rəngarəng tədbirlərkeçirilir, Azərbaycandakı tolerantlıq, multikultural mühit təşviq olunur. Böyüktarixə və yaradıcılıq yoluna malik İrəvan Dövlət Azərbaycan Dram Teatrı da buümummilli tədbirdən geri qala bilməzdi. Teatrımızın direktoru, Əməkdar mədəniyyətişçisi İftixar Piriyevin təşəbbüsü və ideya müəllifliyi ilə belə bir layihəhazırlamaq qərara alındı. Azərbaycanda müxtəlif dinlərə, mədəniyyətlərə malikxalqlar həmişə birgə yaşayıb, tarixin heç bir dönəmində onlar arasında milli vədini zəmində qarşıdurma olmayıb. Azərbaycandakı tolerantlıq mühitinin bu gündünyaya bir nümunə kimi göstərilməsi təsadüfi deyil. İftixar müəllimin də fikribu idi ki, ölkəmizin çoxmədəniyyətli, tolerant və multikultural mühitini səhnədəgöstərə bilək. Bu məsuliyyətli iş mənə etibar olunanda dərhal razılıq verdim vəçox böyük həvəslə işə başladım. Layihə üçün əsərlər seçəndə də onlarınmultikultural kontekstdə hazırlanacağı öncədən nəzərə aldım. Tamaşanın adı Xalqyazıçısı, görkəmli dramaturqumuz Elçinin ötən əsrin 70-ci illərində qələməaldığı "O da aşiq olub yaza dünyada...” kiçik həcmli pyesindən götürülüb. "O daaşiq ola...” adlı tamaşada həmin pyesdən başqa klassik rus yazıçısı A.P.Çexovun "Ayı” və yəhudi dramaturqu Boris İoseleviçin "Yelləncəkdə iki nəfər” əsərlərininmotivlərindən istifadə olunub. Çalışdıq ki, ölkəmizdə azərbaycanlılarla yanaşıyaşayan rus və yəhudi xalqlarının milli kimliklərini, həyat tərzlərini, adət-ənənələrini,mədəniyyət və ədəbiyyatlarını səhnədə göstərə bilək. Bu xalqlar müxtəlif dinlərəmənsub olsalar da, bir olan Allaha ibadət edirlər, bunun özü də tamaşamız üçünçox önəmli faktorlardan biri idi. Çünki bütün bəşəriyyəti bir nöqtəyə aparıbçıxaran bir qüvvə var- o da Allahdır. Yollar fərqli ola bilər, lakin enində-sonundaünvan eynidir-axirət.

- Tamaşa üçün seçilmiş hər üç əsəri bir-birinəbağlayan daha bir məqam diqqəti çəkir. Kişi və qadın arasında münasibətlər,sevgi, nifrət, ayrılıq, ölüm... Min illərdir insanlar bu məsələlər ətrafındadüşünür...

- Həyatda, ətrafımızda bütün hadisələr insanfaktoru ilə bağlıdır, insandan kənarda heç nə baş vermir. Üç əsər əsasında təqdimetdiyimiz tamaşanın vahid süjet xəttində də bunu aydın sezdirməyə çalışdıq.Çexovun "Ayı” pyesində qəhrəmanlar əvvəlcə mübahisə etmələrinə rəğmən, sondaqovuşarlar. İoseleviçin "Yelləncəkdə iki nəfər” əsərində iki sevən şəxs daxiliemosiyaları uyğun gəlmədiyi üçün mübahisə edib ayrılırlar, Elçinin "O da aşıqolub yaza dünyada...” pyesində isə tərəflər "dünya” adlı təlatümdən haqqdünyasına gedirlər.

- Tamaşanın sonunda bütün iştirakçılar bir günəşin ətrafınatoplaşdılar...

- Finaldakı həmin o günəş Vətənimiz Azərbaycanısimvolizə edir. Azərbaycan hər kəsi öz isti ocağına səsləyir.

- Tamaşanın premyeraya qədərki yolu barədə dədanışaq...

- Öncə onu qeyd edim ki, İrəvan Dövlət AzərbaycanDram Teatrında çox gözəl bir yaradıcılıq atmosferi formalaşıb, direktordantutmuş sıravi texniki işçiyə qədər hər kəs öz işinə yaradıcı yanaşır. İrəvanteatrı sözün əsl mənasında bir qəhrəman həyatı yaşayıb və bu gün dəyaşamaqdadı. Belə bir kollektivin üzvü olmaqdan qürur duyuram.


Bu tamaşanın hazırlıqlarına gəlincə, bütünkollektiv bu işin məsuliyyətini yaxşı dərk edirdi, multikultural ideyalara söykənmək,onu teatral mühitə gətirmək və səhnədə canlandırmaq o qədər də asan məsələdeyildi. Təxminən 5 ay ərzində çox gərgin çalışdıq, bu layihə üçün məxsusidekorasiyalar, əlbəsələr hazırlandı, kostyumlar tikildi. Kollektivin hər birüzvü bu işin uğuru üçün əmək verdi, mənə dəstək olmağa çalışdı. Fürsətdənistifadə edib teatrın bütün əməkdaşlarına təşəkkürümü bildirmək istəyirəm.

- RejissorNicat Qərib şair Nicat Qərib barədə nə düşünür?

- Tanınmışşair Qəşəm Nəcəfzadə doğma əmimdir, şair Dayandur Sevgim də bizə yaxın qohumdur. Görünür poeziyaya həvəs,şairlik istedadı mənə irsən keçib. Artıq 2 kitabımı oxuculara təqdim etmişəm, münasibəti,qiyməti də oxuculardan eşitmək istəyirəm, bu gün mənim nəsə deməyim yaxşıçıxmaz. Çünki bu gün həm teatr rejissoru və şair Nicat Qərib hələ oxuyur, öyrənir.Mənim aləmimdə yaradıcı şəxs daim axtarışda olmalı, öyrənməlidir. Yaradıcılıqlaməşğul olan şəxsin yerində sayması artıq onun məhv olması anlamına gəlir. Daimmüşahidə aparmağa, necə deyərlər, həyatdan öyrənməyə çalışıram.

- Müşahidələrinnə göstərir?

- Onugöstərir ki, əslində hər bir insan aktyordu, hər birimiz peşəkar aktyor kimidoğuluruq. Yeni doğulan, bir kəlmə söz belə bilməyən körpə ağrıdığını, acolduğunu bizə necə gozəl anladır... Amma nədənsə insan yaşa dolduquqca peşəkarlığıazalır.Yəqin ki, gündəlik qayğılar, problemlər duyğusallığımızı arxa planakeçirir. Mənim düşüncəmə görə ən böyük rejissor elə Allahın özüdür. Allah bəndəsinəiki əsas obraz verib mənfi və müsbət... Bu formada sınamaqla bəndəsini imtahanedir.

Etibar CƏBRAYILOĞLU


TƏQVİM / ARXİV