adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Dekabr 2016 17:26
16482
KRİMİNAL
A- A+

Bakıda 550 min dollarlıq dələduzluq

Türkiyə vətəndaşı Bakı sakininə qarşı 550 min dollarlıq dələduzluq edib.

Adalet.az Report-a istinadən xəbər verir ki, bu barədə 1979-cu il təvəllüdlü Kərimov Zaur Zakir oğlu hüquq-mühafizə orqanlarına ünvanladığı şikayət ərizəsində məlumat verib.

Z.Kərimov ərizəsində bildirib ki, 2013-cü ilin may və iyun aylarında Türkiyə vətəndaşı, 1966-ci il təvəllüdlü Oğuz Ənvər İnci oğlu ondan 550 min ABŞ dolları pul alıb, lakin indiyədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.