adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Dekabr 2016 17:12
16967
KRİMİNAL
A- A+

İranlı gənc qayınatasının evində kütləvi qətl törədib

İranın Kirman şəhərinin Fəhroc bölgəsində 26 yaşlı gənc ailə münaqişəsi zəminində avtomat silahla həyat yoldaşının ailə üzvlərini atəşə tutub.

Adalet.az-ın APA-nın Tehran bürosuna istinadən verdiyi məlumata görə, hadisə zamanı 10 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.

Dekabrın 22-də baş verən hadisədə ölənlərdən 3 nəfəri qadın, 2-si uşaqdır.

Həyat yoldaşının ailəsi ilə ixtilafı olan gənc qayınatasının evinə gedib və yoldaşı istisna olmaqla, digərlərini atəşə tutub.

Polis hadisə barədə araşdırma aparır.