adalet.az header logo
  • Bakı 19°C

SƏBR

FƏRİDƏ RƏHİMLİ
32249 | 2016-12-23 16:57

"Əgər istəyirsinizki, məscid bir möhtərəm vasitə, sülh və səlah olsun, qoyunuz o bitərəf və müqəddəsqalsın. Əgər istəyirsiniz ki, din nümayəndələrinin heysiyyəti toxunulmazqalsın, əgər istəyirsiniz ki, məscid məscidliyində bulunsun, onu dünya işlərinəqatmayın, buraxınız orası ancaq ibadət üçün qalsın. Əlhəzər, ruhaniləri siyasətəqarışdırmayın..."

Məhəmməd Əmin Rəsulzadədeyirdi bunları çox illər əvvəl. Amma onun o zamandakı narahatçılığı bu gün dəxalqını, millətini, dinini sevən hər kəsin narahatçılığı olaraq davam edir.

Orta məktəblərdə dinin ayrı bir fənn kimi tədrisiilə bağlı məsələ yaxın günlərdə yenidən gündəmə gəldi və əksər dinə meyillisiyasətçilər, ictimai xadimlər tərəfindən müsbət qiymətləndirildi. Daha öncəkiillərdə də dəfələrlə bu mövzu müzakirəyə qoyulsa da, hər hansı bir müsbət addımatılmadı. Təhsil Nazirliyinin öncəki açıqlamaları bu oldu ki, şagirdlərə dinibiliklərin verilməsi müxtəlif dərsliklərdə təmin olunur və bununla kifayətlənməkməqsədəuygundur. Amma radikalizmlə bağlı cəmiyyətdə baş verən son hadisələr,dinin ayrı bir fənn olaraq tədrisinin gərəkli olduğu qənaətini getdikcə gücləndirir.Bu halda din tədrisinin gərəkli olub olmaması qədər, tədris ediləcək fənninmetodu və əhatə dairəsi də böyük əhəmiyyət kəsb edir. Dini tədris sadəcə İslamdinini öyrətmək deyil, dünya dinlərini də əhatə etməlidir. Məqsəd hər sosialqrupa uyğun olaraq onun dinini öyrətmək, dinlər haqqında tarixi, müqayisəlibilgilər vermək olmalıdır. Təbii ki, dinimiz İslam dini olduğu üçün öz dinimizintədrisi, təbliği üstünlük təşkil etməlidir. Amma tolerant ölkə olduğumuz üçünbaşqa nüanslara da diqqət edilməlidir. Və başqa dinlər təbliğ üçün deyil, bilgiüçün verilməlidir.

Tolerantlıqbizim siyasi leksikamıza son illərdə fəal şəkildə daxil olmuş terminlərdənbiridir; mənası da bildiyiniz kimi, "dözüm", "dözümlülük"deməkdir. Həqiqətdə bu, cəmiyyətin mövcudluğunun, buradakı nizamın vətarazlığın əsaslı prinsiplərindən biridir."Kim bizimlə deyilsə, o, bizə düşməndir" şüarı bizim ölkəninideologiyasına yaddır. Tolerantlıqsosial həyatın ayrı-ayrı sferalarında müxtəlif şəkildə və səviyyələrdə təzahüredir. Onun ilkin formalarından biri, yuxarıdakı təhlilimizdən aydın olduğukimi, əxlaqda tolerantlıqdır. Bu, o deməkdir ki, bəşəriyyət yarandığı gündən nəqədər qadağalar fikirləşib tətbiq edilsə də, cəmiyyətin bütün üzvlərini vahidstandartlara uyğun şəkildə tərbiyə etmək mümkün olmayıb. Dini tolerantlıq nisbətənsonralar meydana gəlib və əslində əxlaqi tolerantlığın davamıdır. Dinin başlıcamissiyası insanları Allahın əxlaqına qaytarmaq, onları ilahi ruhda tərbiyə etməkdir.Bəşər tarixində çoxsaylı dini müharibələr, səlib yürüşləri və s. dinitolerantlığı aradan qaldıra bilməyib, əksinə onun ilahi zərurət olduğunu sübutayetirib. Nəticədə müxtəlif dinlərə, məzhəblərə, sektalara mənsub olan möminləreyni cəmiyyətdə yanaşı yaşamalı olublar. Bu haqda ilk fikirlər XVI- XVII əsrlərdəAvropada peyda olub. Bu zaman dözümlülük yalnız din və vicdan ilə bağlı idi.1648-ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəddir. Tamdolğun fikirlər yalnız XX əsrin ortalarından formalaşmağa başladı. Tolerantlıqfikirlərinin yaranmasının əsasını 1948-ci il İnsan Hüquqlarına dair Ümumi Bəyannaməninqəbulu təşkil etdi. Bu bəyannamədə göstərilirdi ki, "insan ailəsinin bütünüzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqlarıazadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir", "insanhüquqlarına qarşı etinasızlıq və nifrət insanın vicdanını hiddətləndirən vəhşiaktlara gətirib çıxarır". İnsan Hüquqlarına dair Bəyannamənin qəbul edilməsindənsonra dözümlülük barəsində bir çox aktlar və bəyannamələr qəbul edilib.Tolerantlıq insan hüquqlarının həyata keçirilməsinin, sülhə nail olmağınayrılmaz və mühüm hissəsidir. Bildiyiniz kimi, 16 noyabr 1995-ci il YUNESKO-nunParisdə 185 üzv-dövlət tərəfindən imzalanmış "Tolerantlıq prinsiplərinin Bəyannaməsi"ndəbelə tərif verilib. Tolerantlıq - dünyamızda mədəniyyətlərin, zəngin müxtəlifliyinmövcud özünüistifadə formalarına hörmətlə yanaşmaq, bunları tanımaq və düzgünanlamaq deməkdir.

Beləliklə,tolerant bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin dinlərinin, mədəniyyətlərinin,adət-ənənələrinin hüquqları tapdanmadan yaşatmaları üçün hər cür şəraityaradılsa da, bu dinc yanaşı yaşamın fəsadlarını da görmək gərəkdir. Dinin dövlətdənayrı - sərbəst olduğu haqda tarixən deyilib, yazılıb, amma hər bir dövrdə dindövləti, hakimiyyəti əldə saxlamaq üçün bir vasitə kimi istifadə edilib.

Bizim ölkədə dini azadlıq hökm sürsə də, dinisektaların gizli fəaliyyətləri, məzhəblərin gizli-aşkar çəkişmələri, din pərdəsialtında müxtəlif firqələrin gördüyü işlər narahatçılıq doğurmaya bilməz. Bunaqarşı tədbirlər isə, zənnimcə nisbətən zəif formada həyata keçirilir. Aparılantədbirlər vəziyyətin daha da gərginləşməsinə deyil, dini dərindən anlamağa, əslİslamın gözəlliyinin nə olduğunu, nəyə xidmət etdiyini anlamağa və cahillikgirdabında olan başqalarına da anlatmağa yönəlməlidir. Son illər "MəşədiDadaş" məscidi nəzdində fəaliyyətə başlayan "Darül-Hikmət" Elm vəTədris Mərkəzi də bu prinsiplə gənclərimizə, arzusunda olan hər kəsə qapısınıaçıb, ödənişsiz, Allah rizasına onların dini maariflənməsinə xidmət edir. Mərkəzinrəhbəri ilahiyyatçı Elşən İsmayılovun verdiyi məlumata görə, tanınmışilahiyyatçılar və mütəxəssis müəllimlərin cəlb olunduğu dərslər siyahısına 20-dənartıq fənn daxil edilib. Mərkəzdə İlahiyyat və hövzə dərsləri ilə yanaşı xaricidillər, fəlsəfə, tarix, coğrafiya həmçinin ictimai fənnlər də tədris olunur.Darul-Hikmət Elm və Tədris Mərkəzində dərs deyən peşəkar müəllimlərin keçdikləridərslərlə yanaşı, tələbələr, dindar gənclərin sevimlisi Hacı Şahin Həsənlinin dərslərindəndə faydalanırlar. Bu, gənclərimizin dini cəhalətdən xilası üçün bəyənilən biraddımdır. Bu yolda zəhməti olan hər kəsin üstündən Allahın mərhəməti, rəhməti,şəfqəti və yardımı əksik olmasın, inşaallah!

"Heçolmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edənağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismibelə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uydular vəgünahkar oldular". (Hud surəsi, 116)

"Acizlikgöstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız". (Ali İmransurəsi, 139)

TƏQVİM / ARXİV