HƏR KƏS KİMƏSƏ OXŞAYIR…

FAİQ QİSMƏTOĞLU
75069 | 2016-12-23 14:32

… Dünyada elə insanyoxdur ki, onun oxşarı olmasın və tapılmasın. Hətta Amerika prezidenti Obamanınbizim məmləkətdə bir oxşarı da üzə çıxdı. Və o da deyilənlərə görə, Amerikaya gediborda öz oxşarını görməsə də şəklini həmin ünvana göndərib. Təbii ki, bu oxşar insanlarhardasa bir-birini tamamlayırlar. Səhv eləmirəmsə, Bakıda Kubanın prezidenti Fidel Kastronun bir oxşarıda vardı. O Kubaya gedib Fidel Kastro ilə deyilənlərə görə görüşmüşdü və onunlada dostluq eləyirdi…

Belə çıxır ki, buoxşar insanlar elə ürəkcə də, qəlbcə də bir-birinə çox yaxındılar. Onların bəzəndanışığı da, hissləri də, oturuş-duruşları da bir-birinə bənzəyirlər. Və bir çoxhalda adam bu oxşarları görəndə hətta birinciylə səhv salır.

Sözümüzün canı heçdə o deyil ki, dünyada oxşar insanlardan söhbət açaq. Sözümüzün canı odur ki, buyaxınlarda bizim bir dostumuz var – Rəhman Salmanlı. Onun oğlunun toyuydu. Allah bütün valideynlərə övlad toyu qismət eləsin.Rəhmanla bağlı bir neçə həftə bundan əvvəl bir yazı da qələmə almışdım «Dərdin üstünəyeriyən adam». Nə yaxşı ki, biz Rəhmanın sevincli anlarının şahidi olduq və nə yaxşıki, Rəhman bu sevincini bizimlə bölüşə bildi.

… 30 ildən çox görmədiyimtələb yoldaşlarımı həmin toyda yenidən gördüm: Loğman, İbrahim, Məzahir, Mübariz,Habil, Tofiq, Gövhər, Zemfira, Əməl. Düzdür, bunlardan bir neçəsiylə hardasa görüşmüşük.Ancaq nə Habillə, nə İbrahimlə, nə Gövhərlə, nə də Zemfira xanımla uzun illərdirhal-əhval tutmurduq. Görüşəndə heç bir-birimizi tanımadıq. Çünki bizim universitetibitirəndə 22 yaşımız vardı. Görün o vaxtdan bəri nə qədər zaman və illər ötüb. Buzaman və illər bizi dəyişdirib. Hətta hamımızın çox istədiyi Gövhər Rzayeva LoğmanRəşidzadəni görəndə heç tanımadı. Bir qədər fikir verəndən və söhbət eləyəndən sonrabildi ki, qarşısındakı ağsaçlı, «simpotiçni» oğlan Loğmandı.

Toyda vaxt və zamannecə gəlib keçdisə, onu hiss eləmirdik. Hiss elədiyimiz o idi ki, bir-birimizləyenidən görüşürük. Ürəyimizi və qəlbimizi yenidən açırıq. Çox keçmədi ki, bizimfakültəni bitirmiş tələbə dostumuz istedadlı naşir, yazıçı-publisist Vasif Quliyevdə gəlib çıxdı. O da bizim dostların arasında əyləşdi. Ümumiyyətə, bizim fakültənibitirən əksər dostlarımız çox istiqanlı, səviyyəli və səmimi insanlardı. LoğmanlaVasif möhkəm «vurdular». Halal xoşları olsun! Toyda da içməyəndə bəs harda yeyib-içilməlidir?

Özü də adam var ki,50-100 qram araq içəndə o dəqiqə pis vəziyyətə düşür. Amma bizim dostlarımız Loğmanda, Vasif də deyib-gülür, lətifələr danışır və stolun ətrafında xoş aura yaradırdılar.Hətta mənim kimi içki qəbul etməyən adam da onların söhbətindən, duzlu-məzəli lətifələrindəndoymurdu. Hərdən bir müğənninin, musiqinin səsini eşitsək də, Loğmanın danışdığılətifələr və hadisələr mənim yaddaşıma hopurdu. Elə iki daşın arasında dostumuzLoğman Rəşidzadə bir hadisə danışdı. Dedi ki, bir dəfə maşınla harasa gedirdim.Yol polisləri məni saxladı. Sonra da yol polisi məndən soruşdu:

- Müəllim, siz AqilAbbasa yaman oxşayırsınız.

Mən də çox fikirləşmədimvə dedim:

- Ay rəhmətliyinoğlu, oxşuyursunuz nədi, elə mən Aqil Abbasın özüyəm.

Yol polisi bu sözlərieşidəndən sonra mənə hörmətlə yanaşdı və bildirdi:

- Aqil müəllim, sizəyaxşı yol!

Bir neçə gün sonrabu hadisəni Aqil Abbasa da danışdım. O da uğunub özündən getdi. Dedi ki, düz deyir, Loğman Rəşidzadəmənə çox oxşayır. Sonra da Aqil müəllim vaxtilə onun adında istifadə edib qəşəngqızlarla tanış olan bir neçə dostunu xatırladı. Aqil müəlim elə duzlu, elə şirindanışdı ki, biz də uğunub getdik…

Birdəfə də mən Vaqif Bəhmənlinin adından istifadəeləmişəm. 1979-cu ildə Vaqif Bəhmənlinin ilk şeirlər kitabı: «Bahar-payız arası»çapdan çıxmışdı. Həmin kitabdan nə az, nə çox, düz 100-nü alıb qucağımda «Beşmərtəbə»ninyanında kirayəşin yaşadığım evə gedirdim. O vaxt şairə, şeirə çox böyük məhəbbətvə sevgi vardı. İki qəşəng qız kitabları əlimdə görüb soruşdular:

-Bu nə kitabdı belə aparırsınız?

-Mənim kitabımdı, çapdan çıxıb.

Okitabdan ikisini götürüb aftoqraf yazaraq həmin qızlara bağışladım. Çünki Vaqifinilk kitabında şəkli verilməmişdi. O qızlarla uzun müddət münasibətimiz oldu. Günlərinbirində yalan danışdığımı onlara dedim. Qızlar isə heç bir şey eləmədən səmimi birformada dilləndilər:

-Vallah, biz səni elə Vaqif Bəhmənli kimi tanıyırıq.

Məndə and-aman elədim ki, mən Vaqif Bəhmənli deyiləm, onun əmisi oğluyam. Tək mən deyildim e, bizim kənddən birneçə cavan oğlan da qəşəng qızlarla tanış olanda özünü Vaqif Bəhmənli kimi təqdimeləmişdilər. Qızlardan da birinin şeirdən, poeziyadan başı çıxırmış. Deyib ki, əgərsən Vaqif Bəhmənlisənsə, onun bir şeirini denən. Təbii ki, bizim həmyerlimiz dəonun şeirini deyə bilməyib və dili topuq vurub. Qız da dillənib ki, bax, sən altıncıadamsan ki, yalan danışaraq özünü Vaqif Bəhmənli kimi təqdim eləyirsən.

Ümumiyyətlə,istedadlı adamlar həmişə çox sadə, çox səmimi və çox da təvazökar olublar. El mənimtanıdığım Aqil Abbas da, Vaqif Bəhmənli də, Loğman Rəşidzadə də çox səmimi və istedadlıyazarlardılar. Təki insanın bir oxşarı olsun və oxşar da ondan nəsə bəhrələnsin.Bunun nəyi pisdir? Allah bütün yaxşı, ədalətli və istedadlı insanları qorusun vəo cümlədən adlarını çəkdiyim dostlarımızı da hifz eləsin.

Allahmənim dostum və qardaşım, tələbə yoldaşım Rəhman Salmanlını da bax belcə sevindirsin.İnanın, «Cıdır düzü»ndən qayıdanda Rəhmanın sevincli anlarını görərək ürəyim dağ boyda oldu. Ürəyim dağ boydaoldu ki, Allah Rəhmana oğul toyu görməyi qismət elədi. Allah-Təala bundan sonraRəhmanı yenə sevindirsin. O sevincə Loğman, Məzahir, Mübariz, İbrahim, Habil, Gövhər,Zemfira və bu sətirlərin müəllifi də yenidən qoşulsun…


TƏQVİM / ARXİV