ANA SƏHİFƏ / YAZARLAR

Allah, sənə bir il vaxt verirəm!

29079    |   2016-12-23 12:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nədənsə, insanlar son günlər mənə miskin, ümidsiz və bədbin görünürlər. Adam şəhərə, məhəlləyə, metroya, dükana çıxanda belə bu hiss onun yaxasından yapışır. Çoxdandır üzünü görmədiyim sinif yoldaşımla bu yaxınlarda görüşdük.


O da başqaları kimi elə hey bədbin-bədbin danışırdı. Deyir, boyum balaca olduğuna görə heç yerdə iş tapa bilmirəm, evdəkilər bezdiriblər ki, qız tap, evlən. Sinif yoldaşım ofisiant işləməklə məşğuldur. Ancaq administratorlar onun cılız və boyunun balaca olmasını bəhanə edərək heç cür iş vermirlər. Dostum isə lap təngə gəlib. Qəfil aqressivləşməyə, ayağı ilə asfaltı təpikləməyə başladı. Başını yuxarı qaldırıb dedi: "Allahım, sənə bir il vaxt verirəm, əgər həyatımda gözəl günlər görməyəcəmsə, narkoman olub küçələrdə yatacam”. Onu sakitləşdirməyə, fikrindən yayındırmağa çalışdım.


- Gedək məktəbə, köhnə xatirələri yada salaq.

Məktəbin həyətində xeyli adam gözə çarpırdı. Qadınlar, yeniyetmələr və körpələr. Xatirələrimizi divarların içinə dustaq etmişdilər. Qapılar bağlı idi. Kor-peşman qayıtmaq istəsək də, qəfil ağlıma dəlilik gəldi. Məktəbin arxa tərəfində birinci mərtəbədə ayaqyolunun pəncərəsi açıq idi. Dostumun üzünə baxdım, göz vurdum. Başa düşmüşdü. Yenə şagird kimi əvvəlki günlərə qayıdacaqdıq. Uşaq vaxtı qaçdığımız məktəbə hər hansı yolla olursa-olsun daxil olmaq istəyirdik. Sözü uzatmadan deyim ki, pəncərədən içəri keçdik. Sakit addımlarla ərtafa göz gəzdirdik. Bir inni-cinni gözə dəymirdi. Məktəbin ovaxtkı qoxusu demək olar qalmamışdı. Kiçik pəncərələrdən sinif otaqlarına baxa-baxa gəzirdik. Telefonumda Lalə Məmmədovanın "Məktəb illəri” mahnısını dinlədik. İkimiz də kövrəldik. Sonra ayaqyolunda siqaret çəkdik, özümüzü 11-ci sinif şagirdi kimi aparmağa çalışdıq, alındı da.


Elə bil zamanı geri qaytarmışdıq. Dostumun əsəbləri sakitləşmiş, içi kövrək, nostalji hisslərlə dolmuşdu. Məktəbin pillələri, otaqları, dəhlizi sükuta qərq olmuşdu. Sükutu pozan açarın cingiltisi oldu. Pilləkənlərdən aşağı baxanda dostumun rəngi ağardı, dili topuq vurdu.

- Nə oldu?

- Sakit, polisdi...

- Tez ol, buradan gedək.

- Sakit ol, sakit...

Qorxmağa başladıq. Oturduğumuz yerdə işə düşdük. Yəqin bizim burada olduğumuzdan kimsə xəbər tutub. Çox güman bizi oğru zənn edəcəklər, vay halımıza. Nə isə itibsə də bizdən görəcəklər, vəssalam. Özümüzü ələ alıb polisdən yayınmağa çalışdıq. O, aşağı, biz yuxarı, biz yuxarı, o aşağı, siçan-pişik oynaya-oynaya aradan çıxa bildik.


Məktəbdən uzaqlaşdıq. Dayanacaqda oturub bir-birimizin üzünə baxa-baxa gülməyə başladıq. Ətrafdan keçib gedən adamların üzlərində bu dəfə bədbinlik deyil, işıq gördüm və bu, məni çox sevindirdi.




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.

Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.

Katib dərədə otlayan eşşəkləri göstərib deyir:

- Şakir, o eşşəklər də Gülablıdandı?

Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:

- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.





digər lətifələr
ARXİV
FACEBOOK