adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Dekabr 2016 12:27
14251
ŞOU-BİZNES
A- A+

Ancelina Coli ölüm ayağında

Bred Pittlə boşanma ərəfəsində olan və uşaqların üzərində himayəçilik qazanmaq üçün stress keçirən Hollivud ulduzu ölüm təhlükəsiylə üzləşib.

Artıq yaxınları çəkisi 34 kq-a düşən Ancelina Colinin səhhətiylə bağlı çox narahatdırlar.

"Enci emosiyaları ilə bacara bilmir. O narahatlıqdan qorxunc dərəcədə arıqlayıb. Onun əlləri o qədər nazikdir ki, sümükləri görünür. Onlar sanki diş çöpləridir”-deyə aktrisanın yaxınları "Radar Online”a bildirib.

Ancelina üçün mütəxəssislər də narahat olurlar.

"O, həddi keçib. Onun sağlamlığı təhlükə altındadır. O, həyat və ölüm arasında qalıb”
-deyə Nyu-York terapevti, həkim Stüart Fişer bildirib.