adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Dekabr 2016 11:02
15418
ŞOU-BİZNES
A- A+

Ebru Gündeş boşanma qərarından vaz keçdi

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş ABŞ-da həbsdə olan Rza Zərrab ilə barışıb.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ebru Gündeşin öz "Whatsapp” profilini də dəyişərək həyat yoldaşı Rza Zərrabla olan şəklini qoyması onların barışdığını sübut edir. Bundan başqa Rza Zərrab tutulandan 3 ay sonra heç görüşməyən cütlük telefonla danışıb.

Ebru Gündeş Yeni ili Şişlidəki məkanda səhnədə keçirəcək. Daha sonra isə onun qızı ilə birlikə Amerikada Rza Zərrabla görüşəcəyi bildirilir.



Müğənni həyat yoldaşının Qanlıcadakı villasından Beykozdakı evinə köçmək planından da vaz keçib.