adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Dekabr 2016 13:00
8842
ELM VƏ TƏHSİL
A- A+

Gənclər Fondunun 5 illiyi qeyd edilib

Bu gün Bakıda Prezident yanında Gənclər Fondunun fəaliyyətə başlamasının beş illiyinə həsr olunmuş tədbir keçirilir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev tədbirdə çıxış edərək ölkədə həyata keçirilən gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan danışıb.

Fondun fəaliyyəti barədə məlumat verən F.Hacıyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə yaradılan qurum dövlət gənclər siyasətinin həyata keçirilməsinə mühüm töhfə verir. Beş il ərzində Fonda 7098 layihə daxil olub. Onlardan 3341-i dəstəklənib. Həmin layihələrin 94-ü beynəlxalq layihələrdir. Onlardan 2284-ü fiziki şəxslər tərəfindən həyata keçirilib.

Tədbirdə çıxış edən Əli Həsənov bildirib ki, Azərbaycanın gənclər siyasətinin formalaşması, gənclər siyasətinin konsepsiyasının təməl prinsiplərinin qoyulmasında əsas rol Heydər Əliyevə məxsusdur.

"1992-ci ildə Azərbaycanda dövlətçiliyə qarşı yönələn qüvvələr məhz gənclərdən istifadə edirdilər. Onlar gəncləri ayrı-ayrı düşərgələrə bölərək gənclərdən hakimiyyət uğrunda mübarizədə istifadə edirdilər. Ümummilli Lider 1993-cü ildə Azərbaycanın xilası konsepsiyasına gəncləri də cəlb etdi. Gənclər siyasətini həyata keçirmək üçün Gənclər və İdman Naziliyi yaradıldı, gənclər siyasətində əsas prinsiplər müəyyən olundu və həyata keçirildi. Prezident İlham Əliyev bu siyasətin önəmini daha da artırdı".