Aqil ABBAS: Ermənilərin «nadir tapıntı»sının uzağı 260 yaşı var

AQİL ABBAS
87107 | 2016-12-26 12:07

Artıq 3 gündür qəzetlərdə,saytlarda və sosial şəbəkələrdə bir məsələ müzakirə olunur. Nədi? Deməli, ermənilərQarabağda daş tapıblar və guya bu daş əslində uçan boşqabdı. Yəni erməni mütəxəssislərbelə iddia edirlər. Bizimkilər də tarixçilərə müraciət edirlər ki, bu daş nədi?Tarixçilərin hələ fikirlərini oxumamışam. Bəlkə də artıq izah ediblər. Amma məno daşlar haqqında yekə çıxmasın, mükəmməl bilgiyə malikəm.

«Batmanqılınc» romanınıyazanda mən Şuşadan düz Ağcabədinin Hindarxıkəndinə qədər piyada gəlmişəm. Ümumiyyətlə, Qarabağı qarış-qarış gəzmişəm və hərqarışına da bələdəm. O vaxt həm Daşaltı səmtində, həm də Molla Nəsrəddin yolu səmtindəbelə daşlara rast gəlmişdim. Bilməyənlər üçün deyim. Xankəndindən, daha doğrusu,Malıbəylinin üstündən elə birinci dolamadan bir yol ayrılırdı. O yol düz Füzuliyəgedirdi. Elə işlək yol deyildi və abad da deyildi. O yola da ona görə Molla Nəsrəddinyolu deyirdilər. Bu daşların diametri təxminən 4-5 metr olardı. Bəlkə də kiçik,bəlkə də böyük olardı, yupyumru top kimi.

Hətta o vaxt mən bu daşlarla maraqlananda Şuşada bildirdilərki, bu daşlarla mərhum akademikimiz Həsən Əliyev də çox maraqlanıb. Və bu daşlardanbirini də çox böyük çətinliklə Bakıya aparıb. Dəqiq yadımda deyil, ya Təbiəti SevənlərCəmiyyətinin bağınamı qoyub, yoxsa Coğrafiya İnstitutunun bağınamı. Bilmirəm o daşindi orda qalırmı, ya qalmırmı. Bəlkə də Həsən Əliyev Allaha qovuşandan sonra odaşı da dağıdıb eləyiblər. Hər halda bu barədəməlumatım o qədər dəqiq deyil.

İndi gələk daşlara.Bu daşlar ermənilərin nə Marsda, nə də hansısa qalaktikadakı qohumlarının uçan boşqablarıdeyil. Bu, adicə savaş daşlarıdı. Həm Pənah xanın, həm İbrahim xanın dövründə Şuşanınmüdafiəsi üçün bu daşlardan istifadə olunub. Adətən filmlərdə də görürsünüz, dağlıqərazilərdə silahlardan çox daş diyirləməklə düşməni məhv edirdilər. Deyəsən, «Spartak»filmində də var, «Babək»də də var. Adətən yuxarıdan aşağı göndərilən qayalar bəzənyuxarıdan aşağı çatmırdı qayalara ilişib qalırdı. Ona görə də ağıllı sərkərdələrdaşları top kimi yondururdular ki, heç yerə ilişib qalmasın, düz istənilən nöqtəyəqədər getsin.

Şuşada da, məhz yuxarıdaqeyd etdiyim kimi, bu daşları müdafiə məqsədi ilə ustalar yonurdular və döyüşlərdədə istifadə olunurdu. Düzdü, Şuşada o qədər də döyüş olmayıb, cəmi iki dəfə. O daQacar xan ona qarşı Qarabağda üsyanı yatırtmaq üçün gələndə. İbrahim xanın dönəmində.Onda da bu daşlardan istifadə olunub.

Şəkillərə diqqətetsəniz görəcəksiniz ki, həmin daşlar boşqab kimi hazırlanmış daşların içindədi.Bəs onda o nədi? Dağın üstündə daşı saxlamaq mümkün deyildi, diyirlənib gedəcəkdi.Ona görə də ustalar həm də belə daş boşqablar hazırlayırdılar və daşları onun içindəsaxlayırdılar ki, diyirlənib getməsin. Lazım olanda da döyüşçülər bir balaca itələyirdilərvə daş həmin saxlanıldığı yerdən çıxırdı. Baxın, hətta həmin boşqabların bir tərəfindəazacıq yer də yonublar ki, lazım olanda daşları rahat diyirləyə bilsinlər. Yənidostlar, bunlar nə uçan boşqabdı, nə raketdi, nə peykdi, nə də «Soyuz apollon»du,nə də ermənilərə bir dəxli var. O vaxt Qarabağda, daha dəqiq desək, Dağlıq Qarabağda beş erməni məlikliyi vardı (yəni kəndi) və onlarda Pənah xanın, İbrahim xanın, Mehralı xanın, Mehdiqulu xanın himayəsində yaşayırdılar.Onların da ən hörmətlisi Məlik Şahnəzər idi ki, bir qızını da göndərmişdi İbrahimxanını hərəmxanasına ki, xana daha yaxın olsun. İbrahim xanın da ondan Əbülfət ağaadlı oğlu vardı ki, xanlığın xarici işlər vəzifəsini yerinə yetirirdi.


Amma o da ola bilərki, həmin daşları Pənah xan, İbrahim xan erməni ustalarına yondurtsun. Axı ermənilərbənnalığı, daş yonmağı, pinəçiliyi, dərziliyi, dülgərliyi, at qaşovlamağı, bir sözlə,nökərçiliyi bizdən daha yaxşı bilirdilər.

P.S. 70-ci illərdəUlu Öndər Heydər Əliyev müşavirə keçirmək üçün Sabirabada gəlir. Sabirabadda partiyakomitəsinin binası ilə mədəniyyət evinin qarşısında böyük bir meydan var. Ulu Öndəravtomobildən enib meydana girəndə çox diqqətli və mənalı-mənalı meydanı baxışlarıilə süzür və çevrilib katibə deyir:

-Deyəsən, ustaların Stepanakertdən olub.

Katib:

-Bəli, yoldaş Əliyev! Nədən soruşdunuz?

Katibəvvəl-əvvəl Ulu Öndərin nə demək istədiyini anışdıra bilmir. Binaya çatanda HeydərƏliyev yenidən meydanı göstərir və deyirki, diqqətlə bax.

Heçdemə, meydanda daşları elə düzüblərmiş ki, hamısı xaç formasında, bütün meydan başdan-ayağaxaç imiş. Və indiyəcən heç kim bunun fərqinə varmıyıb. Amma Ulu Öndər bir andacabunu tutub.

Qısası,müşavirə bitənədək yerli ustalar tökülüb meydanı söküb yenidən şəkilləndirməyə başlayıblar.

Belə-belə işlər,dostlar!


TƏQVİM / ARXİV