adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Dekabr 2016 23:08
7000
ELM VƏ TƏHSİL
A- A+

Azərbaycanda yeni dərslik tərtib edilə bilər

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən YUNESKO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun dəstəyi ilə kurrikulumun tərtib edilməsi prosesinə tolerantlıq üzrə dərsliyin qoşulması məsələsinə baxılır.

Adalet.az xəbər verir ki, bunu BBMM-nin müşaviri, professor Aytən Qəhrəman deyib. O bildirib ki, bu yaxınlarda YUNESKO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun baş direktoru xanım Mantsetsa Marope ilə görüşü olub: "Görüş zamanı Mərkəzin və Büronun gənc nəslin maarifləndirilməsi sahəsində birgə görüləcək işlərinə dair müvafiq sənədlərin imzalanması üzrə tərəflərin razılaşması əldə olunub. Hesab edirəm ki, Azərbaycan multikulturalizmi və tolerantlığı fenomeninin özündə daşıdığı dəyərləri beynəlxalq gənc nəslə çatdırmaq lazımdır”.

Müşavir bildirib ki, "Multikulturalizmin qaynaqları” seriyasından olan "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı birinci cild artıq rus və Azərbaycan dillərində nəşr edilib: "Nəşrin ingilisdilli versiyası da artıq hazırdır və çap prosesindədir”.