adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Dekabr 2016 18:45
9096
ELM VƏ TƏHSİL
A- A+

36 min müəllim imtahan verib

Dekabrın 20-də Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb.

Təhsil Nazirliyindən bildiriblər ki, üç gün davam edən imtahanlarda 7.500-dən çox müəllim iştirak edib. Ötən il Masallı və Cəlilabad rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul olunan müəllimlər də bu imtahanlara qatılıblar.

Beləliklə, noyabrın 15-dən başlanan müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb. Ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində nəfər iştirak edib.

Şuşa rayonunun Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin, həmçinin Sabirabad, Hacıqabul, Abşeron, Qubadlı rayonlarının və Bakı, Sumqayıt, Şirvan şəhərlərinin əvvəlki illərdə imtahanda iştirak etməyən müəllimləri üçün dekabrın 25-dən sonra diaqnostik qiymətləndirilmə keçiriləcək.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.