adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Dekabr 2016 17:30
13441
ƏDƏBİYYAT
A- A+

“Ən yaxşı uşaq şeiri” müsabiqəsi elan olunur

Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı seksiyası "Ulduz” junalı ilə birlikdə "Ən yazşı uşaq şeiri” müsabiqəsi keçirir.

Layihənin eksperti Qəşəm Nəcəfzadə manera.az-a danışıb:
 
- Qəşəm müəllim, deyirlər, yeni uşaq ədəbiyyatı yaranmır. Bəs yazıçılarımız niyə 20-ci əsrin əvvəllərində olduğu kimi, dərin məzmunlu uşaq əsərləri yazmırlar?

Hər bir sahədə olduğu kimi uşaq ədəbiyyatında bir süstlük görünür. Bu təkçə yazmaq problemi ilə bağlı deyil, çap, yayım, satış məsələləri o qədər aşağı səviyyədədir ki, uşaq ədəbiyyatının balaca oxuculara çatdırlmasında əngəllər yaranır. Bu günki sosial durum oxucuları kəskin surətdə azaldır. Bədii kitablar az oxunur. Oxu vərdişini uşaqlara kişik yaşlarından öyrətmək lazımdır. Əgər bu gün "Göyərçin” jurnalının oxucusu yoxdursa, sabah "Azərbaycan” jurnalının oxucusu olmayacaq. Əgər bu gün "Kukla” teatrının tamaşaçısı yoxdursa, sabah Az.Dramanın tamaşaçısı olmayacaq. Bunlar hamısı bir –biri ilə əlaqəli proseslərdir.

Uşaq ədəbiyyatı təkçə uşaq şairinin işi deyildir. Bu gün kifayət qədər maraqlı uşaq əsərləri yaranır. Ancaq onların çapı, təbliğı nəşriyyatların, uşaq təşkilatlarının, mətbuatın, televiziya və radionun, qeyri - hökümət təşkilatlarının əsas işlərindən biri olmalıdır. Çünki uşaq ədəbiyyatı daha çox qayğı tələb edir, böyüklər öz ədəbiyyatını asanlıqla tapa bilir, amma balaca oxuculara həmin kitabları çatdırmaq lazımdır.

- Manera.az-ın informasıya dəstəyi ilə "Ulduz” jurnalı ən yaxşı uşaq şeiri müsabiqəsi keçirir. Müsabiqəni həyata keçirməkdə məqsəd nədən ibarətdi?


Müsabiqənin məqsədi uşaq ədəbiyyatını inkişaf etdirmək, müasir ədəbi prosesi canlandırmaqdır.

Müsabiqədə yaş məhdudiyyəti yoxdur.

Müəlliflər müsabiqəyə şeirlərini toplu halında (hər topluda 10 uşaq şeiri) təqdim etməlidir.

Təqdim olunan şeirlər heç bir mətbu orqanda və internet saytlarında dərc olunmamalıdır.

Əsərlərin qəbulu qəbulu 10 yanvar 2017- ci ildən başlayır, 10 mart 2017 - ildə başa çatır.
Müsabiqədə 3 yer nəzərdə tutulub.
1- ci yer
2- ci yer
3- cü yer

Əlavə olaraq 3 yerə həvəsləndirici mükafat veriləcək.

Müəlliflər müsabiqə üçün əsərlərini bu ünvana göndərməlidirlər: [email protected]

- Ətraflı məlumat üçün təşəkkür edirik.