adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Dekabr 2016 15:30
15254
ƏDƏBİYYAT
A- A+

Kulis.az müsabiqə elan edir

Kulis.Az #bumənimhekayəm adlı qısa hekayə müsabiqəsi elan edir.

Müsabiqədə hər bir Facebook istifadəçisi iştirak edə bilər.

Müsabiqə üçün yaş məhdudiyyəti yoxdur.

Hekayələr üçün mövzu məhdudiyyəti yoxdur.

Hekayələr Azərbaycan dilində, Azərbaycan şriftləri ilə, orfoqrafik qaydalara riayət etməklə yazılmalı və göndərilməlidir.

Milli, irqi, dini ayrıseçkiliyi təbliğ edən mətnlər müsabiqəyə buraxılmayacaq.

Hekayələrin həcmi 1000 işarədən artıq (boşluq daxil deyil) olmamalıdır.

Müsabiqədə iştirak edən hər bir şəxs öz hekayəsini və şəklini Kulis.Az-ın Facabook səhifəsinin mesaj qutusuna göndərməlidir.

Hekayələr operativ şəkildə Kulis.Az-ın Facebook səhifəsində yayımlanacaq.

Ən çox like alan üç hekayə mükafatlandırılacaq.

I yerin sahibi planşet, II yerin sahibi book reader, III yerin sahibi isə mobil telefona sahib olacaq.

Hekayələr 27 dekabr, saat 15.00-a qədər qəbul olunur.

29 dekabr, saat 17.00-da səsvermə dayandırılacaq və qalib elan olunacaq.

Mükafatlandırma mərasimi 30 dekabrda APA Holdingdə olacaq.