adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

AZƏRBAYCAN SEVDALI ŞƏHİD

ƏBÜLFƏT MƏDƏTOĞLU
70258 | 2016-12-19 15:39

Samir Kaçayevcanı ilə bunu sübut etdi

Həmin axşamıunuda bilmirəm. Ona görə unuda bilmirəm ki, şəhərin mərkəzində, möhtəşəm birbinanın 16-cı mərtəbəsində, yəni Allaha,nisbətən yaxın bir yerdə hər kəs ondan danışırdı, hamı onu xatırlayırdı. Və mənəelə gəlirdi ki, o elə bizim aramızdadı, bizi görür, dinləyir. Xüsusilə, tədbiriaçan millət vəkili, professor, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri RəfaelHüseynovun birbaşa ona üz tutması məndə onun bu məclisdə olduğuna inamı bir azda artırdı. Çünki Rəfael müəllim ilk sözünü belə başladı:

- Xoş gördük!Axşamın xeyir Samir! Üzümü sənə tutub müraciət edirəm. Bilirəm ki, sən burdasanvə bizi eşidirsən...

Bəli, məhz builk kəlmələr mənim tədbirdən öncə gəzib tamaşa etdiyim fotoları, Samirin əl işlərinicanlandırdı, onları hərəkətə gətirdi və başladım onlarla danışmağa. Gördüm ki,Şamaxıda, Çuxuryurdda dünyaya gələn, cəmi 22 il yaşayan bu yaraşıqlı oğlanbaşdan-ayağa nurdu, işıqdı. İstər bacısı ilə birlikdə nənəsinin dizləri üstündəoturduğu yerdə... istər arxadan atası Ziyad kişinin boynuna sarıldığı yerdə...istər anası Əminə xanımın qucağında... istər babası Camal kişiylə kabab çəkdiyiməqamda... istərsə də məhəllə uşaqlarıyla gülə-gülə şəkil çəkdirdiyi bağçada o,işıq kimi hamıdan fərqlənir, o, nur kimi diqqəti çəkir. Mən onun bütün şəkillərinibir-bir qarşısında dayanıb gözlərimə köçürməyə çalışdım. Daha doğrusu, Samirləgöz-gözə söhbət etmək istədim. Amma gördüm ki, nur yuvası olan bu gözlər mənimbaşımın üstündən çox-çox uzaqlara baxır. Elə nöqtələrə baxır ki, mən onlarıancaq təxmin edirəm, ancaq duya bilirəm. Bax, onda anladım ki, Allah Ziyad kişiilə Əminə xanıma onu nur kimi bağışlayıbmış. Və bu nur 22 yaşına gəlib çatandaartıq bir evin, bir kəndin yox, bir məmləkətin, bir ölkənin işığına çevrilib. Vəbaşlayıb içindəki işığı Allahın verdiyi istedadla, qatlaşdığı zəhmətlə sənətəçevirməyə. İstedad və zəhmət Samiri elə tamamlayıb ki, o, 22 illik ömründə 30 rəssamlıqişi, heykəltaraş işi qoyub ortaya. Çox maraqlıdır ki, qəbul imtahanlarını dauğurla verən, Dövlət Rəssamlıq Akademiyasına daxil olan, bu Akademiyanınsevimli tələbəsi kimi hər kəsin- həm müəllimlərinin, həm də dünya şöhrətli heykəltaraş,xalq rəssamı, akademiyanın rektoru ÖmərEldarovun diqqətini çəkən Samir Kaçayev səmimiyyəti, qaynarlığı, ünsiyyəti ilədə bu sənət adamları üçün doğmalaışmışdı... bu müqəddəs ünvan üçün əziz birinsana çevrilmişdi. İstər çəkdiyi eskizlər, istər diplom işində əla qiymətəlayiq görülən və xalq rəssamı, akademik Ömər Eldarovun yüksək dəyərləndirdiyidahi Rodenin obrazı Samirin böyük və uğurlu gələcəyindən xəbər verirdi. Elə həmin axşam da "Xalqbank"ın 16-cıqatında hər kəs Samirin yarımçıq qalan arzularından da böyük gələcəyindən bir təəssüf hissi ilə söhbət açırdı.

Çıxış edənlər -həm akademik Ömər Eldarov, həm Samirin sevimli müəllimi professor, Əməkdar İncəsənətxadimi Akif Əsgərov və Samirin tələbə yoldaşları, dostları, valideyenləri,xüsusilə Müdafiə Nazirliyinin rəsmiləri öz çıxışlarında Samirin müxtəlifçalarlarını diqqətə təqdim edirdilər. Məlum olurdu ki, bu gənc heykəltaraş-rəssamtəkcə ürəyini sənətinə verməyibmiş, o, ürəyini Azərbaycana, Vətənbağışlayıbmış. Ona görə də hərbi xidmətdə olanda da əsgər yoldaşlarının, zabitlərinhəmişə diqqət mərkəzində olub. Ona xüsusi bir maraqla, hörmətlə, ehtiramlayanaşıblar. Onun yaradıcılıq dünyasından xəbər tutan hər kəs onu bir növüqorumaq üçün xidmətini sağ-salamat başa vurub geri dönməsi üçün qayğı göstəriblər.Amma sən demə, Samirin taleyinə yazılan və ürəyini bağışladığı Azərbaycan onudaha böyük bir mərtəbədə görürmüş, daha böyük ucalıqda ona yer ayırıbmış.

Mən Samirə həsrolunmuş "Samir Kaçayev" albom-kitabını vərəqləyəndə son səhifədə birşəkil diqqətimi çəkdi. Samir bir yaşıl ormanda qollarını açıb sanki doğulduğu kəndi,bölgəni qucaqlamaq istəyir. Amma onun çöhrəsinə bir az da diqqət edəndə o təkcəÇuxuryurdu, Şamaxını deyil, o həm də bütün Azərbaycanı bağrına basmaq üçün açıbqollarını. Deməli, Samir bilib ki, o Vətənin sipərinə çevriləcək. O təkcədayandığı səngəri deyil, mövqe tutduğu bölgəni deyil, həm də bütöv Azərbaycanısinəsiylə qoruyacaqdı...


Mən həmin o şəklinüzbəüz səhifəsində bir qeydi də diqqətdən yayındıra bilmədim. Həmin qeydin müəllifiRafiq Həşimov yazıb: "Yaradan ona böyük bir sevgi hədiyyə etmişdi. Kəndinə,doğma yurduna sevgi, anasına, atasına sevgi, bacısına sevgi, dostlarına sevgi,biliyə, hikmətə sevgi, həyata, insanlara sevgi... O qurub-yaratmaq istəyirdi...Samir Kaçayev Yaradanın ona bəxş etdiyi bütün qabiliyyətləri, arzuları, istəklərivə nəhayət, canını qurban verdi - Vətənə, Azərbaycana sevgiyə!"

Albom-kitabı vərəqlədikcəbir məqamı da xatırlayıram. O da həmişə özünün ictimaiyyətə təqdim etdiyi"Xalq əmanəti" layihəsi ilə seçilən "Xalqbank"ın gördüyü,reallaşdırdığı bir savab işin əhatə dairəsidi. Bir anlıq xatırlayıram. 2010-cuildən start götürən "Xalq əmanəti" layihəsinin məqsədi 6 ildə Azərbaycanınçox dəyərli, sevilən və xalqın yaddaşında özünə abidə ucaldan aydınlarımızınyenidən xalqa tanıdılmasıdı. Bu mənada Məmməd Arazın, Hüseyn Arifin, MikayılMüşfiqin, Xəlil Rza Ulutürkün samballı kitabları, həmçinin xalq rəssamları Böyükağa Mirzəzadənin, Mikayıl Abdullayevin,Maral Rəhmanzadənin, Səttar Bəhlulzadənin, Xalid Səfərovun, Nadir Əbürrəhmanovun,eləcə də Mahmud Tağıyevin, Vəcihə Səmədovanın, Fazil Əliyevin və digərlərininbir-birindən maraqlı, bir-birindən nəfis şəkildə işıq üzü görən əsərlərinintoplusudu. Mən tam səmimiyyətlə etiraf edirəm ki, bu cür kitablar,kitab-albomlar az-çox milli yanğısı,milli düşüncəsi olan hər kəs üçün çox önəmli,çox dəyərlidi. Bax, təkcə bu layihəyəgörə "Xalqbank"ın, onun rəhbərliyinin xidmətlərini yüksək qiymətləndirməkolar. Çünki xalqın olan, xalqın əmanəti sayılan hər şey diqqətdə saxlanılır.Deməli, diqqətdə saxlanılan da yaşadılır, sevdirilir və təbliğ olunur.

Bəli, ötən həftəninson iş günü axşamı mən "Xalqbank"ın 16-cı qatında bu ilin aprelayının ilk günündə torpaqlarımızın müdafiəsi uğurunda gedən döyüşdə şəhid olmuş22 yaşlı Samir Kaçayevlə bağlı xatirələri dinlədim. Amma etiraf edim ki, oxatirələrin hamısının içərisində bir xətt xüsusi diqqət çəkirdi. O da qürurhissi idi. Gözüyaşlı ana da, kövrəlmiş tələbə yoldaşları, dostları da o qürurhissinin Samirin şəhidlik zirvəsində də əzəmətliolduğunu göstərirdi, əbədiyaşar olduğunu pıçıldayırdı. Mən Samirin atasının da,anasının da kədərini, itkisini anlayıram.Onların ürəklərindəki yaranı görürəm, duyuram. Amma atanın da, ananın da ürəklə dedikləri VƏTƏNSAĞ OLSUN! kəlməsini də bir çağırış kimi, bir qələbə sədası kimi yaşayıram.Bilirəm ki, bütün şəhidlərimizinvalideynləri məhz qələbə arzusuyla, qələbə ümidiylə deyirlər VƏTƏN SAĞ OLSUN!.Biz də bu Vətənin sağ olması üçün Samirlərin keçdiyi yolu keçməyi bacarmalıyıq.Onda şəhidlərin ruhu da sevinəcək, onların valideynlərinin yaralı ürəkləri də.Bu gün isə onlara şəhidlərin əbədiyaşarlığını "Xalqbank" bir dahaxatırlatdı.



TƏQVİM / ARXİV