adalet.az header logo
  • Bakı 13°C
19 Dekabr 2016 11:43
18270
KRİMİNAL
A- A+

Fransızları zəhərləyib soydular

Moskva polisi Fransa vətəndaşlarını zəhərləyib sonra isə soyan azərbaycanlıları saxlayıb.

Adalet.az-ın Rusiya KİV-ə istnadən məlumatına görə, 22 yaşlı Vəfadar Babayev və 26 yaşlı Nurlan Rəsulov Moskvanın Balaşixa qəsəbəsində həbs ediliblər. Hər iki şəxs fransız Lazareff qardaşları və onların Tatyana adlı rəfiqələrinə qarşı quldurluqda ittiham olunur.

Faktla bağlı cinayət işi qaldırılıb.

* * *

Ötən cümə günü Moskvada bir qrup xarici ölkə vətəndaşını zəhərləyən taksi sürücüsü və ona yardım edən şəxsin Azərbaycan əsilli olduğu üzə çıxıb.

"Moskovskiy Komsomolets” qəzetinin verdiyi məlumata görə, cinayətkarların qurbanları məşhur fransız yazıçısı və idmançısının övladları Nikolas və Aleksis Lazareff, Nikolasın rəfiqəsi Tatyana olublar.

Polis cinayət hadisəsi ilə əlaqədar 22 yaşlı Vəfədar Babayev və 26 yaşlı Nurlan Rəsulovu saxlayıb. Azərbaycan əsilli hər iki şəxs son vaxtlar Moskva vilayətinin Balaşixi qəsəbəsində yaşayıblar. Məhz dekabrın 16-da onlar taksi ilə bir qrup gənci Turgenev meydanındakı "Kreyzi Deyzi” klubundan aparıblar. Ehtimal edilir ki, yolda Lazareff qardaşlarına içərisinə psixotrop maddə əlavə edilmiş pivə təklif ediblər. Daha sonra isə Lazareff qardaşları və Tatyana qarət edilib, MKAD rayonunda hər üçü avtomobildən atılıb. Bundan sonra Nikolas naməlum istiqamətə gedib, iki gün sonra isə o, Çelobityevo kəndi yaxınlığında donaraq ölmüş vəziyyətdə tapılıb.

Rusiya hüquq-mühafizə orqanları N. Rəsulovun cinayətkar qrupun lideri, V. Babayevin isə onun köməkçisi olduğunu ehtimal edir.