ANA SƏHİFƏ / HÜQUQ

Türk dilində olan dərman vasitələrinə dair prosedur müəyyənləşib

15682    |   2016-12-18 15:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dərman vasitələrinin türk dilində markalanması və istifadəsinə dair təlimatın Azərbaycan dilində nümunələri tələb ediləcək

Nazirlər Kabineti "Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na dəyişiklik edib.

Adalet.az-ın məlumatına görə, dəyişiklik "Xarici dövlətdə istehsal olunan dərman vasitəsinin Azərbaycan Respublikasında yenidən dövlət qeydiyyatına alınması üçün təqdim olunan sənədlərin siyahısı (qeydiyyat sənədləri)” ilə bağlıdır.

İndiyə qədər xarici dövlətdə istehsal olunan dərman vasitəsinin Azərbaycanda yenidən dövlət qeydiyyatına alınması üçün qablaşdırmanın Azərbaycan, rus və ya ingilis dilində markalanmasının və istifadəsinə aid təlimatın Azərbaycan dilində nümunələri (kağız və elektron daşıyıcısında) tələb edilib. Dəyişikliyə əsasən bundan sonra qablaşdırmanın türk dilində markalanmasının və istifadəsinə aid təlimatın da Azərbaycan dilində nümunələri (kağız və elektron daşıyıcısında) tələb ediləcək.

Qeyd edək ki, xarici dövlətdə istehsal olunan dərman vasitəsinin Azərbaycanda yenidən dövlət qeydiyyatına alınması üçün təqdim olunan sənədlərin siyahısına qeydiyyat müddəti bitmiş dərman vasitəsinin yenidən qeydiyyata alınması üçün Azərbaycan dilində tərtib edilmiş ərizə, istehsalçı tərəfindən müəyyən qaydada tərtib edilmiş müraciət məktubu, dərman vasitəsinin rəsmi statusu haqqında məlumat, dərman vasitəsinin istehsal olunduğu ölkədə qeydiyyata alınması haqqında sənəd, istehsalçı tərəfindən təsdiqlənmiş dərman vasitəsinin digər ölkələrdə qeydiyyata alınması haqqında sənəd, lisenziya ilə buraxılmış dərman vasitələri üçün - lisenziya verənin icazəsi, etibarlı istehsalat təcrübəsinə uyğun şəraitdə dərman vasitəsinin istehsalını təsdiq edən sənəd, kimyəvi, farmakoloji sınaqların aparılması haqqında sənədlər, normativ sənədlərə (monoqrafiya, farmakopeya, istehsalçının sənədləri) əsaslanan bir dərman formasının tərkibinə daxil edilmiş bütün inqrediyentlərin miqdarı göstərilməklə, dəqiq tərkibi, o cümlədən köməkçi maddələr, rəngləyici maddələr, aromatizatorlar, stabilizatorlar, hazır dərman vasitəsinin keyfiyyətinə nəzarət üzrə normativ sənədlər, istehsalçı tərəfindən təsdiqlənmiş dərman substansiyasına və hazır dərman vasitəsinə verilən keyfiyyət sertifikatlarının nümunələri (bir seriyaya), dərman vasitəsinin istifadəsi üçün təlimat, qeydiyyat qovluğunda 5 il ərzində dəyişiklik aparılmaması haqqında arayış-sübut (əgər dəyişiklik edilmişdirsə, həmin sənədin yeni bölməsi təqdim olunur), klinik sınaqların sənədləri: dərman vasitəsinin klinik tətbiqi və təhlükəsizliyi haqqında sonuncu 5 il ərzində alınan məlumat və hesabat daxil olub. Eyni zamanda qablaşdırmanın Azərbaycan, rus və ya ingilis dilində markalanmasının və istifadəsinə aid təlimatın Azərbaycan dilində nümunələri (kağız və elektron daşıyıcısında) tələb edilib.




İmza:
SON XƏBƏRLƏR
2017-02-24


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbdə valideyn iclasıdır, 

Sinif rəhbəri: - Ötən iclasda qərara aldıq ki, sinifi təmir eləyək. Təmiri maliyyələşdirmək üçün namizədlər Toğrulun, Talehin, Günelin və Nəzrinin ataları idi. Qalib ən varlı ata - Talehin atası oldu. 

 Talehin atası təəccüblə: - Niyə mən? Nəzrinin atası millət vəkilidi, Toğrulun atası icra başçısıdı, Günelin atası isə üç zavodun yiyəsidi. Mən yazıq bazarda alver edirəm. 

 Sinif rəhbəri: - Orası elədi. Amma vergi bəyənnaməsinə görə, ən varlı adam siz çıxdınız.



digər lətifələr
ARXİV
FACEBOOK