adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Dekabr 2016 17:00
13738
MƏMLƏKƏT
A- A+

Azərbaycanda Safari parkı yaradılacaq

Azərbaycanda Safari parkı yaradılacaq.

Adalet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, Şamaxı Safari parkının yaradılması ilə bağlı aidiyyəti qurumların iştirakı ilə müvafiq tədbirlər görüləcək və bu parkın gələcəkdə onlayn platformalar və digər vasitələrlə təşviqihəyata keçiriləcək.

Layihədən, ilk növbədə, kənd evi sahibləri və turistlər faydalanacaqlar. Lakin layihənin reallaşdırılması ilə daha geniş auditoriya kütləsi, o cümlədən turistlərə birbaşa xidmət göstərən (məsələn, bələdçilik, nəqliyyat, ov və s.) digər kənd sakinləri, turistlərin ehtiyaclarını ödəmək üçün ərzaq və suvenir hazırlayan xidmət sahələri də fayda əldə edəcək. Kənd sakinləri arasında mütəşəkkilliyin və sahibkarlıq vərdişlərinin artması ilə onların aktiv həyat tərzinə keçməsi və fəaliyyəti nəticəsində kəndlərdə infrastrukturun yaxşılaşdırılması, kənd sakinləri üçün daimi iş yerlərinin yaradılması, məşğulluğun artmasına nail olunacaq ki, bu da öznövbəsində, kəndlərdə maddi rifah səviyyəsinin yaxşılaşmasına, biznes vərdişlərinin formalaşmasına və insanların sosial vəziyyətinin yüksəlməsinə səbəb olacaq. Bununla bərabər, hər bir şəhər və rayon barədə yerli və xarici turistlərdə müsbət rəy formalaşdırılacaq.