adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Dekabr 2016 15:47
20157
ŞOU-BİZNES
A- A+

Məşhur model dəm qazından zəhərlənərək öldü

Belarus model Nataliya Makey evində ölü tapılıb.

Adalet.az-ın xəbərinə görə, o, dəm qazından boğularaq dünyasını dəyişib. 43 yaşlı modelin cəsədi Minsk şəhərindəki evində tapılıb.

Məlumata əsasən, o, ölümündən bir neçə saat əvvəl anası ilə telefonda danışıb və hər şeyin yaxşı olduğunu bildirib.

"Facebook" səhifəsində Nataliyanınölümünə təəssüflənən dostları onun çox yaxşı insan olduğunu vurğulayıblar.

Qeyd edək ki, N.Makey, eyni zamanda, Belarusvə Rusiyadakeçirilən gözəllik yarışmalarının eksperti olub.