adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Etimad, kimə???

SEYFƏDDİN ALTAYLI
64300 | 2016-12-17 00:28
Giovan Antonio Menavino İtaliyalı bir ailənin övladıdır. 1501-ci ildə Cenovadan yola düşərək Venesiyaya sarı gedən bir ticarət gəmisinə minir və gəmi yolda dəniz quldurları tərəfindən ələ keçirilib qarət edilir. Antonio Menavino quldurlar tərəfindən əsir edilir və aparılıb bazarda satılır. Onu alan İstanbullu bir Türk əl-ayağı düzgün olduğuna görə bu qulunu Osmanlı sarayına bağışlayır. Sarayda işləyərkən Sultanı II Bəyazid onu görür, özüylə bağlı məlumat alır, Menavinonun incidilməməsi üçün göstəriş verir. Hal belə olduqda hamı tərəfindən əzizlənən Menavino II Bəyazid və Yavuz Sultan Səlim dövründə sarayda "içoğlanı", yəni sarayın xüsusi işçisi kimi vəzifə yeridir. "Əndərun" adlı məktəbdə təhsil alır, Türk adət-ənənələrini öyrənir, yaşayış tərzini mənimsəyir, on ildən artıq türklərin arasında yaşayır.
Yavuz Sultan Səlim Çaldıran döyüşünə gedərkən Menavinonu da yanınca aparır. Müharibədən qayıdandan sonra Trabzona gəlir, gəmiylə Saqqız adasına gedirlər və Menavino orda bir gəmini taparaq İtaliyaya qaçır. Haqlıdır, ailəsinin, vətənin həsrətini çəkib, mən də olsam qaçardım. Ölkəsinə qayıtdıqdan otuz il sonra da türklərin arasında keçirdiyi illəri, gördüyü, şahidi olduğu hadisələri, türklərin həyat və məişətini qələmə alır, yazdığı əsərinə də "Düşmənimizi Tanımaq" adını qoyur. Əsərini başa çatdırdıqdan sonra Fransa kralı II Henriyə, "Cenovanın vultri Kəndindən Giovan Antonio Menavinodan dindar Fransa Kralına" sərlövhəsilə təqdim edir. Gəlin indi onun Kral Henriyə yazdığı bir neçə sətrə nəzər salaq:
"Möhtərəm zatı-aliləri, sizin müştərək düşmənimiz türklərə qarşı hərb elan etmə qərarınız kifayətli qədər öyülməyib, layiqli şəkildə qarşılanmayıb. Bu qərarınız müqəddəs kilsənin doğrudan da ən önəmli şəxsiyyəti olan sizə məxsusdur. Mən illər uzunu Sultan II Bəyazidin qulu kimi onun sarayının ən məhrəm, ən gizlin yerlərində böyüdüm. Buralarda çox şeylər gördüm, eşitdim və öyrəndim. Onların ən önəmlilərini kitab kimi yazmaq, türklərin idarə tərzini, qüdrətini, sarayın hakimiyyətini və qəddar padşahın xislətini sizə izah etmək istədim. O şanlı müharibəyə başlamazdan əvvəl oxuyasınız və bu ölkənin adətləri haqda məlumat sahibi olasınız deyə bu kitabı yazdım. Kitabdakı qüsurlara yox, sizə çox sadiq və təvazökar bir xidmətkarınız olan yazıçının qüsursuz ruhuna fikir vərin".
Menavino bunları dedikdən sonra müqəddəs kitabımız Qurani-Kərimdən namaza, türklərin geyim-kecimindən süfrədə oturma adətlərinə, ordudan ədalət mexanizminə kimi bütün mövzularda nə görüb, nələr eşidib, nəyin şahidi olub onu bütün detalları ilə yazıb. Bir sözlə kitab, 16-cı əsr Osmanlısı üçün dəhşətli dərəcədə önəmli bir arayış özəlliyindədir.
Menavino, onu qul kimi satın alan adamın da bir Türk olduğunu, onu Osmanlı sarayı kimi bir yerə bağışladığını, saray əhli tərəfindən əl üstündə tutulduğunu vecinə də almayıb...g
Bağışlayın, onlarda "duz-çörək haqqı"nın olmadığını bir an üçün unutdum...g
Osmanlı dövləti tənəzzülə uğrayarkən kaftar xislətli ingilislər, fransızlar, italyanlar, ruslar, almanlar ağızlarının seliyini axıda-axıda Osmanlı coğrafiyasının hansı bölgəsini əllərinə keçirəcəklərinin hesabını aparırdı. "Allah, hiyləgərlərin hiyləsini pozanların ən üstünüdür" Ali İmran surəsi 54-cü ayət.
20-ci yüzilliyin ilk rübündə yaranan olayların eynisi indi Türkiyə üçün oynanır, sadəcə olaraq zaman və şərtlər fərqlidir. O vaxt öndə ingilislər gedirdi və hadisələrin cilovu onların əlindəydi, indi isə ABŞ-İngiltərə-İsrail, üstə gəl Fransa, Almaniya, Rusiya və İran.
PKK-lılar İstanbulda qətlə yətirilərək şəhid edilən 44 vətəndaşımız üçün Berlində qeyd etmə mərasimi təşkil edir, çalıb-oynayırlar, yallı gedirlərg(Türkün çörəyinin duzu yoxdur diyəsən!..) Onları qeydə almaq istəyən bir Alman jurnalist PKK-lılar tərəfindən döyülür. Alman polisləri isə öz vətəndaşları olan jurnalistin döyülməsinə mane olacağına PKK-lılara fikir verirlər və jurnalisti veclərinə də almırlar. Jurnalistin yediyi kötək özünə qazanc kimi qalır.
7 Yanvar 2015-ci il tarixində Fransanın paytaxtı Parisdə Charlie Hebdo jurnalının ofisi terroristlər tərəfindən basıldı və 12 fransız vətəndaşı qətlə yetirildi. Dünya ayağa qalxdı, Türkiyənin başnaziri də digər dünya liderləri kimi nəfəsini Parisdə dərdi və hamı qol-qola girib terrorizmə qarşı birlik olduqlarını vurğuladılar.
10 dekabr 2016-cı il tarixində PKK-lıların törətdiyi hadisədə 44 vətəndaşımız şəhid oldu. 12 fransızın qətlə yetirildiyi terror hadisəsi üçün dünyanı vəlvələyə verənlər, nəfəsini Parisdə dərib terrorizmə qarşı yürüşdə iştirak edənlər Türkiyədəki hadisə üçün sadəcə olaraq başsağlığı mesajı yolladılar. Bu qərblilər üstəlik bizim müttəfiqlərimizdir...g ABŞ-ın helikopterləri Suriyadakı PKK-lı quldurlara silah-sursat daşıyır.
Bəli, vampir xislətli qərblilərə qarşı yeni bir güc yaradılmalıdır, ancaq kiminlə... 

TƏQVİM / ARXİV