ANA SƏHİFƏ / HÜQUQ

Xəzərdə estakadada baş vermiş qəza ilə bağlı cinayət işi başlanıb

19125    |   2016-12-16 19:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyevin 2016-cı il dekabrın 15-də Xəzər dənizində Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş vermiş hadisənin səbəblərinin araşdırılması barədə imzaladığı sərəncamın icrası ilə əlaqədar hadisənin texniki səbəblərinin müəyyən edilməsi, müvafiq istintaq hərəkətlərinin aparılması, o cümlədən xüsusi biliklərə malik olan mütəxəssislər cəlb olunmaqla texniki təhlükəsizlik və digər ekspertizaların keçirilməsi zərurətini nəzərə alaraq faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğunun mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, istintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmaqla hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
İlkin məlumata görə, qəza nəticəsində 9 nəfər itkin düşüb.
Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.



İmza:

Özünü MTN polvovniki kimi təqdim edən qadına və tanışına hökm oxunub

Suriyada döyüşən azərbaycanlının məhkəməsi oldu

6 tələbəni öldürən sürücüyə 10 il iş kəsildi - YENİLƏNİB

Avropa Məhkəməsi Dilqəmlə Şahbazın işi üzrə hərəkətə keçdi

"Ağladım ki, bakirəyəm. O, isə..." - Zorakılığa məruz qalan qadının dəhşətli ifadəsi

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində GƏRGİNLİK

Azərbaycanda vəzifəli şəxslər dələduzluğa görə həbs olundular

Vidadi Zeynalov və Beytulla Hüseynova hökm oxundu - 13 il - YENİLƏNİB

Vəkil: Lapşin cəzasını öz ölkəsində çəkmək istəyir

Lapşin İsrailə ektradisiya olunmaq üçün müraciət edib? - Vəkil danışdı

Maşallah Əhmədovun cəzası azaldıldı - 8 ildən 2 ilə

Vəkil: "Lapşinin ekstradisiyası hələlik mümkün deyil"

SON XƏBƏRLƏR
2017-08-20
2017-08-19


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK