ALLAHIN İŞİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
78220 | 2016-12-16 15:50

Hərdən oturub öz-özümə fikirləşirəm. Və fikirləşəndə də az qalahavalanıram. Havalananda da özümü, sözümü bilmirəm. Lap açığını desəm, dəhşətəgəlirəm, qorxuya düşürəm. Bilirsiniz niyə? Ona görə ki, bu yazını oxuduğunuz anaqədər Yer üzündə mövcud olan bütün insanlar üzünü Ona tutur… əlini Ona açır…ümidini Ona bağlayır. Və ən dəhşətlisi budu ki, üzünü Ona tutan, əlini Onaaçan, ümidini Ona bağlayan insanlarınhamısı eyni diləyi diləmir, eyni istəyi ummur… eyni məsləkə qulluq etmirvə…

Və ən dəhşətlisi odur ki, bu yazını oxuduğunuz ana qədər yer üzündəmövcud olan insanların yarısı qovulur… yarısı söyülür… yarısı döyülür… yarısı xəstə…yarısı şikəst… yarısı zəlildi… yarısı dəlidi… yarısı ağıllıdı… yarısı əliqabarlıdı…yarısı zehin adamı… yarısı ürəyi dolu… yarısı cibi dolu… yarısı da əzələadamıdı… İndi təsəvvür edin ki, bu qədər insanın hamısı eyni anda əlini Onaaçıb. Döyən də kömək umur, döyülən də kömək umur, söyəndə kömək umur, söyülən dəkömək umur, xəstə də kömək umur, həkim də kömək umur, zəlil də, əlil də, çörəyə,suya ehtiyacı olan da, işsizi də, hətta ixtirasını həyata tətbiq etmək istəyənalim də Ondan umacaqlıdı. Bax, bu qədər umacağın içərisindən baş çıxarmaq,Allah haqqı, Allaha çox çətindi. Mənim inancıma görə Allahın işi elə birAllahın özünə qalıb. Ayrı kimsənin ona yardım edəcəyinə iynə ucu boyda da olsaümidim yoxdu. Deyə bilərsiniz ki, bəs mələklər? Razılaşmıram sizinlə, qardaşım,bacım. Mələklər tapşırıq yerinə yetirir… mələklər iş icraçısıdı, loru dildə desək,ona görə biz onlardan heç nə ummuruq, heç nə istəmirik. Eləcə mələkliklərindəqalsınlar bəs edər. Və mən…

Hə, mən ona görə yazını belə başladım ki, indi mən də umuram. Özü də birgün, beş gün, iyirmi il bundan öncəkindən daha çox umuram. Çünki bıçaq sümüyədirənib. Başımın üstündəki xəncər elə başımı üzmək ərəfəsindədi. Üzmək istəyəndə Allahın bəndəsidi, üzülən də. Üzmək istəyənin ikinci bir adı da var - məmurdu.Üzülən isə qaçqın, yersiz-yurdsuz, sadəcə, sözü-sözə düzməyi bacaran birisi…

Hə, mən Ondan bir şey umuram. O da yuvadı, daxmadı, sığınacaqdı. Çünki mənimgecəqondumu, mənim özülsüz yuvamı qışın bu oğlan çağında, şaxtanın həyatıdondurduğu bir məqamda sökmək istəyənlər kəsib qapımın ağzını. Onların işəsaldığı texnikanın nəriltisi yeri də silkələyir. Amma mən bu silkələnən yerdənhara gedəcəyimi bilmirəm, kimə üz tutacağımı bilmirəm, bir Ondan başqa. Çünkiüz tutduğum ziyalılar da, millət vəkilləri də, hətta münasibətim olan dövlətadamları da sadəcə bir kəlmə dedilər:

- Çətin məsələdi! Biz də baş aça bilmirik…

Bəli, indi özünüz fikirləşin, Xankəndidən, Şuşadan, Tuğdan, Füzulidən,maddi və mənəvi dünyasını itirə-itirə Beyləqana, ordan Bakıya gəlib çıxmışbirisinin Bakıda da son ümidini itirməsi nə deməkdir? Əslində mən düzgün ifadəeləmədim. Öncə saydığım yerldərdə mənim ümidimi, mənim haqqımı ermənilər, yənidüşmən əlimdən aldı. Bəs Bakıda?Burda nə baş verir? Deyirlər dövlətə lazımdı. Başa düşürəm. Biz də bu dövlətüçün çalışırq. Lazımdı, götürsün. Amma nəyi götürürsə, onun sahibi olanı, onunüstündə yaşayanı da düşünsün, ona da bir münasib, yaşamağa imkan verə biləcək,9 nəfərin heç olmasa yanaşı uzanıb gecəni səhər edə biləcək yer göstərsinlər.Başqa bir istək, başqa bir dilək ki, yoxdu!.. Amma çox təəssüf ki, nə hava şəraitini,nə ailəni, nə yaşanan stressi kimsə düşünmür, kimsə dəyərləndirmir. Bax, o daümidi öldürür, inamı öldürür, güvənci sarsıdır, əl-qol boşalır, ayaq yertutmur. Yalnız dilinlə, gözünlə Allaha yalvarırsan, ondan umursan. Özü də Yerüzündəki bütün insanların umduğu bir vaxtda. Özünüz düşünün, özünüz deyin. Beləolan halda Allah mənim səsimi eşidə bilərmi? Ümumiyyətlə, səsim gedib onaçatarmı?..

Elə bu məqamda əlimiaçdığım, bütün ümidimi bağladığım ünvandan gileylənirəm, özü də misralarla.

Silmə gözümün yaşın,

Təsəlli gərək deyil…

Məni öldürən sənsən,

Öldürən fələk deyil -

Allah!


İçimdə göyrətdiyim

Ümidi budayırsan.

Sən məni öyrətdiyin

Dünyanı odlayırsan -

Allah!


Canım tükdən asılıb

Anım bircə addımdan…

Əlinlə nə yazılıb

Sil, sən mənim adımdan-

Allah!


Qoyma daha yaşayım,

Qoyma asi olum mən!

Uduzdum bu döyüşü

Olammadım qazi mən -

Allah…


***

Hə, öncə dedim ki, hamıOndan umur, hamı Onu köməyə çağırır. Və mən də hamının içərisində bir zərrəyəm,bir nöqtəyəm, bu zərrəni, bu nöqtəni görmək, eşitmək bilirəm ki, çətin məsələdi,ağır işdi. Amma yenə səsimi çıxarıram… amma yenə ümidimi kəsmirəm və içimdəolan ən pak, ən halal, elə Onun özünün verdiyi böyük sevgiylə tuturam ətəyindən.Kirpiklərimi isladan, yanaqlarımda cığır salan, amma heç kəsin görmədiyidamlaları ürəyimdə yerbəyer etməyə çalışıram. Çünki o damlalar ürəyimdə qanaçevrilir. Ürəyim qan içində olur, qan içində çapalayır, döyünür. Və mən də qanabələnmiş, qanım qaşığa qoyulmuş birAllah bəndəsi kimi Yer üzündə sözü keçən, hökmü işləyən ən böyük səlahiyyət sahiblərinəüzümü tuturam, rica edirəm, özümü toparlayıb hətta bütün sözləri ütüdən keçiribsakit-sakit dilək diləyirəm:

- Haqqımı tapdamağaicazə verməyin! Haqqımı qorumaqda mənə kömək olun! Haqqın yanında olun! Allahıbaşınızın üstündə görün! Axı siz haqqı qorumaq üçün ən uca mərtəbələrdəoturmusunuz. Bu qış günü küçəyə atılmağıma, yuvasız qalmağıma göz yummayın,icazə verməyin!

Mən bu yaşadıqlarımı öziçimdə az qala milyard dəfə söz-söz, nöqtə-nöqtə təkrarlamışam. Bunu içimdəAllahıma da oxumuşam. Bunu Sənə də söyləmişəm, Sənə də duydurmuşam. Və üzümüAllahıma da, Sənə də tutub nələr yaşadığımı, necə yaşadığımı, niyə yaşadığımısöyləməyə cəsarət etmişəm. Və sonda gözlədiyim cavabın ləngiməsindən pərişanolub yazmışam ki:

Sən havasan canımda,

Hər günümdə, anımda.

Sən olmasan yanımda -

Ölərəm…


Sən həm sevinc, həm dəqəm,

Allah göndərən həmdəm…

Təbəssümün olsa kəm -

Ölərəm…


Sənə ruhun diliylə

Nə and içim gülüm mən -

İnandıra bilim mən,

Ölərəm!


İndi bayırda çox sərtbir hava var. Necə deyərlər, şaxta kef eləyir. Mən evin adamlarını, uşaqları, nəvələrisökülmək qorxusunu yaşayan evdən bayıra buraxmıram. Öncə ona görə ki, evi sökməkistəyənlər bəlkə içəridəki uşaqlara rəhm etdilər. Onlara bir yuva tapana qədərmöhlət verdilər. İkincisi, uşaqları soyuqdan, şaxtadan qorumaq istəyimdi. Deməli,bir az köklü fikirləşəndə uşaqlara ev həm yaşamaq, həm soyuqdan qorunmaq üçünçox lazımdı. Hətta zəruri tələbatdı. Mənə nə var ki, səhər az qala tülkütayadan düşməmiş gəlirəm iş otağıma. Axşam da tülkü tayaya qalxanda gedirəm gecəqonduma.Və beləcə, bir ömrü əridirəm şam kimi faydalı, ya faydasız. Bunun qiymətiniAllah verəcək, buna şübhəm yoxdu. Sadəcə, indi meydanda tək qalmağım, səsimineşidilməməsi, qardaş, dost deyənlərin gözə görünməməsi və nəhayət, haqqıntapdalanması ağrıdır məni. Təbii ki, mən kimin gücünün hara qədər olduğunuyaxşı bilirəm. Kimin hansı daşı qaldıra biləcəyindən də xəbərim var. Amma daşıqaldıra bilməyənlərin ən azından məsləhət vermək və yaxud problemi ictimailəşdirmək,daha səlahiyyətli yerlərə çatdırmaq imkanı məndən ki, çoxdu. Bax, bu məqamdaçat verən ürəyimin, təpəmdən çıxıb göyə bülənd olan tüstümün acısı yaşamaqümidimi sarsıdır…

Deyə bilərsiniz ki, hərkəs gücünə, yorğanına görə yaşamağı seçim etməlidi. Mən bunları gözəl anlayıramvə birbaşa kimsəni də qınamıram, kimsədən də incimirəm. Sadəcə, hamının eynidurumda olmağı, hamının görüntü yaratmağını qavraya bilmirəm, dərk edə bilmirəm.Anlamıram ki, niyə hamı özü deyil? Niyə hamı göründüyü kimi yaşamır, olmur? Nəisə…

Hə, bu dünyada ən ağır,ən çətin yalnız Allahın baş aça biləcəyi iş, elə Allahın işidi. Mən o işinsahibinə, yəni Allahıma üzümü tuturam. Hər kəsə, həmçinin sənə eşitdirəcək birpıçıltıyla deyirəm:

Mənə

sən bir damla ümid

bağışla, yaşayım…

kipriyindən qopan

yağışla yaşayım…

mənim

adımı adıyla

bir ömrün dadıyla

sevdiyim qadınla

naxışla, yaşayım!

Mənə,

qapı açdın dinə

Allah, eşq ver yenə!-

ömür boyu sənə

alqışla yaşayım!

Hə, mən bəlkə də buyazımla kimlərinsə əhvalını pozdum… kimlərinsə vaxtını əlindən aldım… və bəlkədə kimlərinsə yarasını qanatdım. Bilmirəm, hər halda günah sayılacaq nəsəetdimsə, o günahı mənim adıma yazın, mənə qaytarıb göndərin. Mən onsuz da budünyanın Cənnətini yaşamışam. Doğulduğum Qarabağda, gəncliyim keçən bir bölgədəCənnət payımı kifayət qədər istifadə etmişəm. Qalıb cəhənnəm payım. Onu daartıq yaşamağa necə deyərlər, start verilib. Nə vaxtsa yadınıza düşsəm, nəvaxtsa yanınızda görmək istəsəniz axtarmayın. Çünki sizin olmadığınız yerdəolacam və o yerdə ancaq mən ağılda, mən durumda, mənim içimi öz içi bilənləryaşayırlar. Və o yerin adı Cəhənnəmdi! Siz də ordan uzaq durun. Mənə cəhənnəmiyaşadanlar və məndə cəhənnəm sevdası yaradanlar bilsin, bir də mən. Və həmin obilənlərə də demək istəyirəm ki:

Ölüb getmək istədim -

Cəhənnəm bağlı oldu…

Özüm tək istəyim də -

Sinəsi dağlı oldu…


Əl açdığım dinmədi,

Göydən mələk enmədi.

Səsim geri dönmədi -

Bilim cavab nə oldu?..


Alnımı sürtüb buza,

Yaramı qoydum duza.

Məni öldürən qıza -

Görən savab nə oldu?!


Bu da belə. Yenə deyirəm,yenə yazıram, yenə həmin fikirdə qalıram. Həqiqətən Allahın işi çox ağırdı, çoxçətindi və Allahın işi elə Allahın özünə qalıb!

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV