adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Dekabr 2016 16:37
21037
ŞOU-BİZNES
A- A+

2016-cı ildə Bakıya gələn əcnəbi məşhurlar

2016-cı il Azərbaycana gələn xarici qonaqlarla da yadda qalıb.

Axşam.az cari ildə ölkəmizə gələn əcnəbi məşhurların siyahısını təqdim edir:

İlin ən yaddaqalan qonağı dünyaca məşhur ulduz Enrike İqlesias solub. "Formula 1” oyunları çərçivəsində paytaxtımızın qonağı olan iqlesisas Dənizkənarı bulvarda konsert verib.



"Formula 1” oyunları çərçivəsində şəhərimizə gələn digər məşhur qonaqFarel Uilyamsolub.



MüğənniKris Braunda oyunlar zamanı paytaxtımıza gəlib və Dənizkənarı parkda konsert verib.



2016-cı ilin yayında paytaxtımızda"Jara”musiqi festivalı baş tutdu. Müğənni-bəstəkar Eminin təşkil etdiyi festivalda bir çox əcnəbi müğənnilər qonaq olub.

Həmin ərəfədə Bakıya gələnlər arasında Timati, Ani Lorak, "Serebro” qrupu, Leonid Aqutin, Diana D., A-DESSA, Katya Lel, Aleksandr Revva, Vlad Sokolovski, Artik və Asti dueti, Anita Tsoy, Tomas Nevergreen, "Suxiye” qrupu, Slava, Loboda, Sati Kazanova, Polina Qaqarina, Stas Mixaylov, Vladimir Presnyakov, Qriqori Leps, Anna Sedokova yer alıb.



Rusiyalı müğənni Soso Pavliaşvili uzun illərdən sonra Bakıya gəlib və xeyriyyə konserti verib.

Bakıda keçirilən Türk filmləri həftəsi çərçivəsində bir çox tanınmış şəhərimizin qonazğı olub. Onlar arasında "Təhminə” filmindən tanınan aktrisa Meral Konratda yer alıb.

Digər iki məşhur isə aktyorlar Sarp Leventoğlu və Emre Kızılırmakdır.



Aparıcı Andrey Malaxov"Formula 1” oyunları zamanı xanımı ilə birlikdə bakıya gəlmiş, həm yarışları izləmiş, həm də şəhəri gəzmişdi.



Türkiyəli məşhurlar Çağatay Ulusoy və Leyla Lidia Tuğutlu"Delibal" filminin qala gecəsində iştirak edib.



Aktrisa Serenay Sarıkaya və Zerrin Tekindörrol aldığı "İkimizin yerine” filminin qala gecəsində iştirak ediblər.



Türkiyəli məşhurlar Özcan Deniz və Nurgül Yeşilçayın rol aldığı "İkinci şans” filminin paytaxtımızda qala gecəsi keçirilib. Aktyorlar özləri də həmin tədbirdə iştirak edib.



Dünyaca məşhur ifaçı Eros Ramazzotti "Crystal hall”da konsert proqramı ilə çıxış edib.

Türkiyəli aktrisaTürkan Şoraypaytaxtımızın qonağı olub.

Məşhur futbolçu Ronaldinioda 2016-cı ildə bakıya gəlib.



Ukraynalı müğənni Ani Lorak müğənni Emin Ağalarovla birlikdə Heydər Əliyev Sarayında konsert verib.

Türkiyəli ifaçı Ferhat Göçer sevgilisi Ömür Gediklə birlikdə Bakıda toy məclisinə qatılıb.



Hollivud ulduzu Stiven Siqalsaat brendinin təqdimat mərasiminə qatılıb.



Rusiyalı müğənniValeriy Meladzepaytaxtımızda solo konsert verib.

Rusiyalı şoumen İvan Urqant Bakıda toy məclislərindən birinə qatılıb.



"Bağdad” mahnısını ifaçısı Ayla Çelik yayda paytaxtımızda toy məclisinə dəvət almışdı.



Müğənni Murad Dalkılıç və Otilia şadlıq saraylarından birinin açılış mərasiminə qatılmışdı.



Müğənni Serdar Ortaç dənizkənarı istirahət mərkəzlərindən birində konsert verib.



Rusiyanın xalq artisti Filipp Kirkorovda "Crystal hall”da konsert verib.



Türkiyəli rəqqasə Asena Bakıda keçirilən bir toy məclisində iştirak edib.

Türkiyəli müğənni İrem Derici8 Mart Beynəlxalq qadınlar günündə paytaxtımızda konsert vermişdi.



Türkiyəli model Tuğçe Sarıkaya Bakıya gəlib. Model baş tutan dəfilələrdən birində podiuma çıxıb.



Türkiyəli müğənni Seren Serengil Bakıya gəlib. O, açılış mərasimlərindən birinə qatılıb.

Türkiyəli aktyor Tuncər Salman Bakıya gəlib və burada filmə çəkilib.




Məşhur"Take 6”vokal seksteti dekabrın 8-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib.

"Əli və Nino" filmində rol alan ispan aktrisa Mariya Valverdi ekran işinin qala gecəsi ilə əlaqədar paytaxtımıza gəlmişdi.



Məşhur caz ifaçısı Debora Karte, ABŞ-ın"The Exchange” qrupu da Bakıya səfər edən tanınmışlardandır.

Türkiyəli aktyor, ifaçı Emre Kınay Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.