adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Dekabr 2016 17:49
16609
ŞOU-BİZNES
A- A+

Həmyerlimiz oxudu, Hadisə rəqs etdi

Dünən "O səs Türkiyə"də daha bir azərbaycanlı iştirakçı səhnəyə çıxıb.

Adalet.az-ın məlumatına görə, 21 yaşlı Ozan Əhmədov "Gipsy Kings"in "Volare" mahnısını oxuyub. O, eyni zamanda gitarada ifa edib. Ozan bütün münsifləri özünə tərəf döndərə bilib. Həmyerlimiz tamaşaçıların xahişi ilə mahnısı təkrar ifa edib.

Münsiflərlə səmimi davranışı və aparıcı Acun İlıcalıyla zarafatlar edən Ozan sonda Hadisəni seçib. Səhnəyə çıxan Hadisə həmyerlimizin ifası ilə rəqs edib.

O, Hadisə ilə görüşərkən maraqlı an yanaşıb. Belə ki, Hadisə onun hər iki üzündən öpmək istəsə də, Ozan bilməyərəkdən üzünü çevirib. Müğənni həmyerlimizə "Azərbaycanda görüşəndə bir dəfə öpürlər?" deyərək zarafat edib.

Qeyd edək ki, O.Əhmədov "Səs Azərbaycan" yarışmasında bir neçə mərhələ irəliləmişdi.