adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Dekabr 2016 21:57
23489
ŞOU-BİZNES
A- A+

Bu yerli məşhurlar mükafat alacaqlar

"Zirvə Ziyalılar Təşkilatı”nın yaranmasının 25 illik münasibəti ilə mükafatlandırma mərasimi keçiriləcək.

Adalet.az-ın məlumatına görə, layihənin rəhbəri Ləman Mirtalıblı dekabrın 21-də baş tutacaq gecədə mükafat alacaq tanınmışların adlarını açıqlayıb.

Onlar arasında millət vəkili Qənirə Paşayeva, xalq artisti Alim Qasımov, Faiq Ağayev, Məleykə Əsədova, müğənnilər Nigar Camal, Günay İbrahimli, Çingiz Mustafayev, Sevil və Sevinc Səfərovalar, Zamiq Hüseynov, Sevda Yahyayeva, Miri Yusif, Nura Suri, rəqqasə Oksana Rəsulova, modelyerlər Günel Behbudova, Afaq İsmayılzadə, bloqqer Hüseyn Əzizoğlu, stilistlər Anar Ağakişiyev,Nəsir Babayev, Elnur Həsənov, aparıcı Afaq Gəncəli, media nümayəndələri və başqaları yer alacaq.

Tədbirdə Türkiyədəki "Fashion one TV”nin direktoru Enis Onat, modelyer-dizayner Burcu Aynur, xaricdə yasayan iranli müğənni Parisa Arslani də iştirak edəcək.