adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Dekabr 2016 15:04
108665
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                         ***

Vüsal Qarayev: "Bu ölkəni sevən insanları incitməyin. Sərhəddən güllə səsi gələndə orduya yazılmağa can atan insanları incitməyin. Sabah hansısa xarici qüvvə ölkədə silahlı iğtişaş qaldırsa, bütün günü tənqid etdiyimiz bu hakimiyyəti müdafiə edəcək adamlarıq. İnsafınız olsun, incitməyin bizi. Oturduğunuz budağı kəsməyin...”


                                                                        ***


Gülnarə İlham: "Neftçilərimiz üşüyür indi, xahiş edirəm tez tapın onları”.


                                                                        ***


Aysel Ələkbərzadə: "Çöldə qar yağır,
Hər qar damlasında bir ailə atasız qalır....”.


                                                                        ***


İlhamə Əli: "Cahillə bal yeməkdənsə ,alimlə daş daşımağın yaxşıdı!!!”.


                                                                         ***

Əmrah Fəqanoğlu: "Müvəqqəti də olsa bir insanın üzünə bütün qapıları bağlaya bilərsən, amma Allahın o insanın üzünə açdığı qapını bağlamağa hökmün və gücün yetməz...”


                                                                         ***


Ceyhun Musaoğlu: "Xəzər də Kürün tayı oldu. Biri daşqını, o biri fırtınası ilə bizi özündən küsdürdü. Oxumayın o mahnıları, dinləməyin o şeirləri...


                                                                        ***


Əziz Əlibəyli: "Bilmirəm, amma dünyanın harasında bizim millətdən varsa, orda qırğın törədilir, biri Xəzərdə batır, digərini rusla, fars güllələyir, başqalarını erməni şişə çəkir, yetər, a kişi, bir dəfə də bizimkilər öldürsün, bu düşmənlərə zülm etsin....


                                                                      ***


Rza Rzayev: "Daş dəyən şüşə kimiyəm, çat- çat,amma tökülə bilmirəm!”.


                                                                      ***


Səmayə Nənə: "Yeni nəsil çörək növbələrini görməmişdi, ona görə hər şeyi bahalaşdırırlar, siz bilmirsiz...”.


                                                                     ***


İradə Sarıyeva: " Dəniz, qoruya bilmirsən...Onları evdə yavruları gözləyir. "Atam nə gec gəldi" deyən körpələrə uzanan dilsiz yolları göstər ana...Yana-yana. Dəniz, belə qəddar olma, sənə könül verəni sularına qərq edib məhv etmə...Dəniz, insanlar səni sevir...Sevgiyə sevgi ilə cavab verərlər. Səni sevənləri öldürmə dəniz, onları evdə yavruları gözləyir...Sözüm tükəndi...


Sübhan Mahmudov