ANA SƏHİFƏ / HÜQUQ

Azərbaycanda dövlət büdcəsinin icrası ilə bağlı şərtlər dəyişdirilir

21041    |   2016-12-14 19:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda dövlət büdcəsinin icrası ilə bağlı şərtlərdə və qaydalarda dəyişiklik edilir. 

Adalet.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə "Büdcə sistemi haqqında” qanunun 20-ci (Dövlət büdcəsinin icrası barədə hesabat) maddəsinə əlavə və dəyişiklik təklif edilir.

Layihəyə əsasən, maddəyə əlavə edilən 2-2-ci bəndə görə, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi növbəti ilin may ayının 5-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Maddənin 3-cü bəndinə edilən dəyişikliyə görə isə, dövlət büdcəsinin icrası barədə hesabat özündə digər məlumatlarla yanaşı bütün dövlət borcları, il ərzində götürülən dövlət borcları, o cümlədən buraxılmış dövlət qiymətli kağızları və verilən dövlət zəmanətləri və dövlət büdcəsinin Ehtiyat Fondunun, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitlərindən il ərzində istifadə ilə yanaşı, məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası haqqında da məlumatları da əks etdirəcək.
Maddəyə əlavə edilən 4-1-ci bəndə görə, müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş forma və qaydada hesabatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət qurumlarına təqdim edir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxış imkanlarını təmin edəcək.
Maddəyə əlavə edilən digər 4-2-ci bəndinə görə isə, dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışın təmin edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 16-da müzakirəyə çıxarılacaq.



İmza:
SON XƏBƏRLƏR
2017-03-29
2017-03-28


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK